Şüuraltı terapist Məsumə Əsgərova: "Hər bir kəs öz həyatının yaradıcısıdır"

- Məsumə xanım, necə oldu ki, bu sahəyə gəldiniz??
- Mən ilk öncə öz həyatımı dəyişmək qərarına gəldim. Daha sonra isə insanların həyatını dəyişmək üçün bu sahəyə gəldim.
- Necə ildir ki, bu sahədəsiniz?
- Artıq iki ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Ham canlı, həm də qrup şəklində meditasiyalar və terapiyalar aparıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Daha çox əsəb pozğunluğu, depressiya, panik atak, ruh düskünlüyü və s. problemlərlə bağlı müraciətlər olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Tənbəlliyə və hər şeyi qismətə bağlama qəti surətdə "yox"deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq güclü, həyatda nə istədiyimi bilən və məqsədlərim üçün hər zaman çalışan biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Hər bir kəs öz həyatının yaradıcısıdır. Unutmayaq ki, həyatımızda baş verən hər bir hadisə bizim nəticə çıxartmağımız üçündür. Bunların fərqinə vararaq dəyişdirmək bizim öz əlimizdədir. Hər bir şeyin fərqinə varmadan və hayatımızı yaxşıya doğru dəyişək.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
Əlaqə nömrəsi: (055) 873 51 92