Dr. kosmetoloq İlhamə Əsədova: " Ağlıma gəlməzdi ki, müştərilərim tərəfindən bu qədər seviləcəyəm"

- Zaman sizi hardan götürüb, hara gətirdi? Niyə bu peşəni seçdiniz?
- Mən orta məktəbi bitirdikdən sonra valideynlərimin təkidi ilə müəllimə olmaq üçün Pedaqoji Universitetə qəbul olundum və oranı bitirdikdən sonra bir neçə il bu sahə üzrə işlədim. Lakin uşaq vaxtından həmişə ağ xalat arzusunda olmuşam və məni gözəllik cəlb edib. Ona görə də valideynlərimin diləyini yerinə yetirdikdən sonra öz istəyimin arxasıyca getmək qərarına gəldim və Gürcüstanda ixtisasdəyişmə vasitəsilə tibbi təhsil aldım. Lakin onu da qeyd edim ki, kosmetologiyanın dərinliklərini İranda mənimsəmişəm.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- 7 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Bütün kosmetoloji prosedurları həyata keçirirəm, istisna olaraq sapdan istifadə etmirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Ən əsas prinsipim odur ki, yanıma gözəlləşmək üçün gələn bir xanımı burdan gülər üzlə, razı yola salım.
- Bir kosmetoloq olaraq nəyə “yox” deyirsiniz?
- Süni preparatların istifadəsinə qətiyyətlə “yox” deyirəm. Hər zaman təbii üsullarla müalicəyə üstünlük verirəm. Bir də zərurət olmadıqca azyaşlı pasientləri kosmetoloji proseslərdən çəkindirməyə çalışıram.
- Son zamanlar bütün xanımlar bir-birinə oxşayırlar. Bu tendensiya niyə yaranıb?
- Bu daha çox cərrahi əməliyyatlar nəticəsində baş verir. Amma kosmetoloq da, cərrah da hər hansı bir kosmetoloji proseduru həyata keçirəndə təbiiliyə üstünlük verməlidir. Pasientlər də müraciət etməmişdən əvvəl mütəxxəssisi araşdırıb sonra müraciət etməlidilər. İnanın ki, biz öz işimizdən daha çox kimlərinsə yaratdığı fəsadları aradan qaldırmaqla məşğul oluruq.
- Xarakter olaraq necə birisiniz?
- Deyilənə görə mülayim, hamı ilə yola getməyi bacaran biriyəm. Əqrəb bürcü olmağıma baxmayaraq ilanla da dil tapa bilərəm.
- Ailəlisinizmi?
- Bəli, iki övladım var.
- Oxuculara nə tövsiyyə edərdiz?
- Xanımlara ən böyük tövsiyyəm yenə də odur ki, seçimlərini düzgün etsinlər ki, sonradan peşmançılıq yaşamasınlar. İkinci də süni preparatlardan uzaq dursunlar.
- Mən həkim andı içərkən ağlıma gəlməzdi ki... Cümləni tamamlayın zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, müştərilərim tərəfindən bu qədər seviləcəyəm. Yanıma gələnlər prosedurlardan daha çox məndən müsbət enerji aldıqları üçün burda olduqlarını deyirlər.
Əlaqə nömrəsi: (055) 679 78 75