Neyrocərrah Uzm. Dr. Teyyub Həsənov: "Beyin cərrahiyəsində olmazsa olmazımız disiplin və dəqiqlikdir"

- Bu sahəyə necə gəldiniz? Həkim olmaq istəyi sizdə necə yarandı?
- Bu uşaqlıqdan yaranan bir istək idi və əlbəttə ki, ailəmin də təsiri oldu. Lakin onlar məndə sadəcə həkimliyə həvəs yaratdılar, tibbdə çalışacağım sahəni özüm seçdim. 2002-ci ildə Türkiyədə Dokuz Eylül Universitetinin tibb fakültəsinə qəbul olub 2009-cu ildə oranı bitirdim. 4-cü kursda biz artıq branşlarla tanış olduq və mənim orda istədiyim sahə neyrocərrahiyyə idi. Lakin təbii ki, istəmək bəs etmir. Belə ki, Türkiyədə uzmanlıq imtahanı deyilən bir sistem var. Mən də imtahandan uğurla keçərək topladığım bala görə Türkiyənin ən önəmli təhsil ocaqlarından olan Marmara Universitetinin Beyin və Sinir Cərrahiyəsi Anabilim Dalına qəbul olundum və təxminən 5 il yarım orada ixtisaslaşdım. İxtisaslaşma bitənə yaxın uzmanlıq testindən də keçdim. Bundan sonra elə İstanbul şəhərində yerləşən Medical Parkda mənə dərs deyən professorlarımla çiyin-çiyinə 6 il yarıma yaxın işlədik. Artıq 1 ildir ki, Azərbaycana gəlmişəm və fəaliyyətimi burda davam etdirirəm.
- Ümumilikdə neçə ildir ki, bu sahədə faəliyyət göstərirsiniz?
- 15 ilə yaxındır ki, neyrocərrahiyyə sahəsində çalışıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Beyin cərrahiyəsində olmazsa olmazımız disiplin və dəqiqlikdir.
- Bu sahə üzrə hansı işləri icra edirsiz?
- Mən çalışdığım klinnikalarda bütün əməliyyatlarda iştirak etmişəm, lakin ən əsas parkinson beyin pili və beyin şişi əməliyyatlarını həyata keçirirəm.
- Xarakter olaraq necə birisiniz?
- Beyin cərrahları adətən işlərində yaşadıqları stresslərlə əlaqədar bir az aqressiv olurlar, mən aqressiv deyiləm, amma çox sakit də deyiləm, bu 2 xarakterin ortasıyam.
- Nəyə yox deyirsiniz?
- Həkimlikdə “mən artıq bu yerə qədər gədimsə hər şeyi bilirəm” demək olmaz. Bu peşədə olduğun son ana qədər biliklərini yeniləməlisən.
- Oxuculara nə tövsiyyə edərdiz?
- Həkimə vaxtında müraciət etsinlər və hər sahənin öz mütəxəssisi olduğunu unutmasınlar.
- Mən həkim andı içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa
- Mən andı içərkən bütün çətinliklərə hazır idim.
Əlaqə nömrəsi: (050) 209 13 14