Arıqlama üzrə mütəxəssis Lalə Zayıdova: "İşimin bəhrəsini gördükcə həvəsim daha da artır"

- Necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim ixtisasım əslində tam başqa sahə idi. Heç vaxt, hətta uşaqlıqda da tibb sahəsinə maraq göstərməmişəm. Heç ağlımdan belə keçməyib. Amma yaxşı ki, bu sahəyə gəldim. İşimi çox sevirəm.
- Necə ildir ki, bu sahədəsiniz?
- Son üç il ərzində bu işə həvəsim, sevgi yarandı. Ona görə də bu sahəyə gəldim. İşlədikcə bu işə marağım daha da artır. Öz üzərimdə işləyirəm və yeniliklər axtarıram.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Mən tibbi kurslar keçib sertifikatlara nail olmuşam. Yaxın gələcəkdə ali dərəcədə təhsil almağı düşünürəm.
- Xanımlar son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Daha çox bədən səkilləndirmə ilə bağlı müraciətlər olur. Mən də onların bədənlərini formaya salıram, onlara komplekslərdən azad olmaqlarına vəsilə oluram. Nə xoş mənə ki, özünü güzgüdə gözəl görüb sevinən xanımların üzlərində yaranan o təbəssümə nail olmuşam. İşimin bəhrəsini görürəm. Bu, mənə daha çox stimul verir, həvəs yaradır.
- Xarakter olaraq necə birisiniz?
- Yaradıcılığı çox sevirəm. İşimdəki incəlik, zəriflik də elə onunla bağlıdır.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Pasientlərin özlərini işini bilməyən, savadsız, qeyri-peşəkar adamalara etibar etməyinə qəti surətdə "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görərdim ki, onlara xeyir gətirəcək, dünya görüşlərini artıracaq, beyinlərini yormayacaq, faydalı məlumatlar oxusunlar.
Əlaqə nömrəsi: (055) 350 94 12