Psixoloq Sübhanə Süleymanova: " "Sevgisiz və güvənsiz evliliyə "yox" deyirəm"

- Sübhanə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən bələdiyyə və ilkin tibbi yardım ixtisasları üzrə təhsil aldıqdan sonra məqsədli şəkildə psixoloq olmaq qərarına gəldim. Təhsilimi Türkiyədə aldım. Hal-hazırda psixoloq olaraq fəaliyyətimi davam etdirirəm. İşimi çox sevirəm. Məqsədim insanlarin qaranlıq həyatına "Günəş" olmaqdır.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq beş ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Müxtəlif yaş qrupuna aid insanlara müxtəlif seanslar keçirəm. Eyni zamanda, müxtəlif seminarlar və proqramlar vasitəsilə səsimi insanlara çatdırmağa çalışıram. Bir sözlə, öz sahəmə dair əlimdən nə gəlirsə, etməyə çalışıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox fədakarlıq mövzusunda müraciətlər olur. Bu mövzu insanları ən yaralı yerlərindən biridir. Bundan başqa, xəyanət, qarşılıqsız sevgi, valideynlərin övladlarını anlaması və s. məsələlərlə bağlı müraciətlər də olur.
- Bir psixoloq olaraq nəyə "yox" deyirsiniz?
- Valideynlərin övladlarından öz yaşamadıqları həyatı istəməklərinə və sevgisiz, güvənsiz evliliyə qəti surətdə "yox" deyirəm.
- Tələbələriniz varmı?
- Var. Bu illər ərzində bir çox tələbə yetişdirməyə bacarmışam. Onlarin hər birindən çox razıyam.
- Xarakter olaraq necə birisiniz?
- Dəyişkən xarakterliyem. Amma bunu öz işimə yansıtmıram. Hər şeydən tez sıxılıram. Hər zaman yeniliklər axtaran biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz
- Özlərinə dəyər versinlər və özlərini sevsinlər. İnsan özünə dəyər verməsə, heç kim ona dəyər verməyəcək.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma nə gəlibsə, o da başıma gəlib. Şükürlər olsun ki, istədiyim hər bir şeyi əldə etmişəm.
Əlaqə nömrəsi: (055) 936 41 59