Kosmetoloq Xanım Həsənova: "Ağlıma gəlməzdi ki, seçdiyim peşə qürürverici olacaq"

- Xanım həkim, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən Astara Pedaqoji Kollecini bitirdikdən sonra Saratov Dövlət Tibb Universitetini bitirmişəm. Kosmetologiya sahəsinə marağım çox olduğuna görə, "Jalalova" Estetik Mərkəzdə kosmetologiyanın sirlərini daha da dərindən öyrəndim və bu sahədə təkmilləşdim. Hal- hazırda "Jalalova" estetik mərkəzdə fəaliyyət göstərirəm.
- Necə ildir ki, bu sahədəsiniz?
- İki ildir ki, kosmetoloq olaraq çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- İneksiyon və aparat kosmetologiyasına aid bütün prosedurları həyata keçirdirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Pasientlərin istəyi fərqli olur. Çünki həm xanımlar, həm də bəylər müraciət edir. Bəylər əsasən saç tökülməsi və üzdəki çapıqlara görə, xanımlar isə demək olar ki, bütün prosedurlara görə.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Bir həkim olaraq biopolimerə "yox" deyirəm. Çünki fəsadları çoxdur. Vaxtından tez üzə atılan Cog sapların da ələyhinəyəm. Onu mezoterapiya və ya biolarla əvəz edə bilərlər.
- Xarakter olaraq necə birisiniz?
- Yerinə və insana görə dəyişir. Xanım pasientlərlə sadə və səmimi oluram.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Özünüz özünüzə hansısa bir prosedur icra edirsinizmi?
- Bəli, təbiiliyi pozmadan bir-iki prosedur etmişəm özümə.
-Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. bu fikiri özunuz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, seçdiyim peşə qürürverici olacaq. Uşaq vaxtından həkim olmaq istəmişəm. Prosedurdan sonra pasientlərin üzündəki təbəssümü görəndə mən də sevinirəm. Kaş ki, rəhmətlik anam da bu uğurlarımı görərdi.
Əlaqə nömrəsi: (055) 217 88 68