Fizioterapevt Zümrüd Məlikova: "Mükəmməlləşdirdiyim bütün işləri sevə-sevə görürəm"

- Zümrüd xanım, necə oldu ki, həkim oldunuz?
- Çarəsiz insanlara bacardığım qədər çarə olmaq arzusundan yarandı həkim olmaq istəyim. Əsasən də körpələrə. Nə yaxşı ki, həkim olmuşam. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- 10 ildir ki, bu sahədə fəaliyyət gostərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mükəmməlləşdirdiyim bütün işləri sevə-sevə görürəm və icra edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar analar daha çox qüsurlu körpələri ilə bağlı müraciət edirlər. Serebral iflic, kifoz və s. xəstəliklər çoxalıb.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- "Yox" cavabını adətən sevirəm, amma bəzən risklər qaçılmazdır və özgüvənliyimi işə salıb çox vaxt "Hə" deyib çarəsiz körpələrə çarə tapmağa çalışıram. Bu, çox çətindir, amma praktikada anaların müsbət rəyləri göz qabağındadır.
- Xarakter olaraq necə birisiniz?
- Qətiyyətli, gülərüz və inadkar biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara qüsur axtarmamağı arzu edirəm.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, öhdəsindən gələ bildiyim işlərdən bu dərəcədə zövq alacağam. Hər kəsə nəzakətli olmağı arzu edirəm.
Əlaqə nömrəsi: (055) 750 10 56
İnstagram: MELİKOVA_ZUMRUT