Dr.kosmetoloq Ayna Rüstəmova: "Ağlıma gəlməzdi ki, bu qədər yüksək nəticələr əldə edərəm"

- Ayna xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Həkim olmaq uşaqlıq arzum olub. Ona görə də, bu sahəyə gəldim. Yaxşı ki, həkim olmuşam. İşimi çox sevirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Ümumilikdə 12 ildir ki, bu sahədə fəaliyyət göstərirəm. Kosmetoloq kimi isə beş ildir işləyirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- İneksiyon kosmetologiyaya aid bütün prosedurları icra edirəm. Heç bir istisna yoxdur.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlarda botoks, dolğu və bioreviltaziasiya və s. prosuderularla bağlı müraciətlər daha çox olur.
- Özünüz özünüzə hansısa bir prosedur icra edirsinizmi?
- Yalnız dodaq dolğusu etmişəm.
- Xarakter olaraq necə birisiniz?
- İşimdə çox ciddi və dəqiq bir insanam. Məsuliyyətsiz insanları sevmirəm.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Süni dolğulara və keyfiyyətsiz preparatlarla işləməyə qəti surətdə "yox" deyirəm.
- Sizcə, bir xanımın simasında ilk növbədə hansı üzvü daha gözəl görünməlidir?
- Məncə, hər bir üzvün öz gözəlliyi var və hamısı bir-birini tamamlamalıdır. Çünki hər sima individualdir.
- Xanımlara nə məsləhət görürsünüz?
- Xanımlar özlərinə vaxt ayırsınlar. Müraciət etdikləri kosmetoloqları və etdirdikləri prosedurları yaxşı-yaxşı araşdırsınlar. Kosmetoloji prosudurları vaxtında etdirsinlər. Əgər kosmetoloqa getməyə imkanları yoxdursa, heç olmasa ev şəraitində dərilərinə qulluq etsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,..
- Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər problemli pasientlərlə işləyərək yüksək nəticələr əldə edərəm.
Əlaqə nömrəsi: (050) 558 69 78