Fizioterapevt Vüsalə Səfərova:"İnsanları sağlamlıqlarına qovuşduracağım ağlıma gəlməzdi"
- Vüsalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Həkim olmaq uşaqlıq arzum olub. Ona görə də bu sahəyə gəldim. Yaxşı ki, həkim oldum. İşimi çox sevirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 15 ildir ki, həkim olaraq fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Hicama terapiya, zəli terapiya və fizioterapiya aid bütün prosedurları icra edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox bel ağrıları, diz ağrıları, onurğa problemləri ilə bağlı müraciətlər olur.
- Nəyə "yox" deyirsiniz?
- Yalan və haqsızlığa qəti surətdə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Səmimi və sadə biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Bir qız övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, zamanında öz sağlamlıqlarının qeydinə qalsınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bir çox insanlara öz sahəm üzrə köməklik edib, onları öz sağlamlıqlarına qovuşduracağam. Və öz pasientlərimlə daha yaxın, doğmam kimi davranacağam.
Əlaqə nömrəsi: (070) 288 64 63














