Dr.kosmetoloq Gülnarə Musayeva: "Bir həkim olaraq süniliyə "yox" deyirəm"

\
- Gülnarə xanım, necə oldu ki, həkim oldunuz?
- Çünki tibb sahəsini hədsiz sevirəm. Ümumiyyətlə, məktəb vaxtlarından həm arzum, həm marağım oluduğu üçün, sevdiyim üçüm bu sahəni seçmişəm. Və çox sevinirəm, qürur duyuram ki, mən həkiməm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 10 ilə yaxındır ki, bu sahədə çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Bütün növ inyeksion prosedurları icra edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son vaxtlar daha çox burun kiciltmə, ceyran göz, badam göz prosedurları ilə baglı müraciətlər daha çoxdur.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Bir həkim olaraq süniliyə "yox" deyirəm. Bilmirəm nədəndir, amma son zamanlar qızlarımız daha çox süniliyə meyillidirlər. Mən bunun tam əleyhinəyəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq sadə və gülərüz biriyəm. İsanlarla xoş davranmağı sevirəm. Qəlb sındırmaq mənim təbiətimdə yoxdur. Amma çox vaxt eşidirəm, deyirlər ki, özümdən razı insanam. Lakin elə deyiləm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Dörd övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara məsləhətim budur ki, 50 yaşından yox, 25 yaşından etibarən gözəlliklərinin qeydinə qalsınlar və daha çox təbiiliyə üstünlük versinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu sahəni seçərkən heç ağlıma belə gəlməzdi ki, mən bu qədər öz işimi sevərəm. İsimi çox sevirəm və sevə-sevə pasientlerimin qulluğunda dayanıram.
Əlaqə nömrəsi: (099) 333 05 10