Həkim şəbəkəçi Rəbiyyə Nemətova: "İnsanlara sağlam həyat bəxş etmək əsas iş prinsipimizdir"

- Rəbiyyə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən ixtisasca pediatram. Eyni zamanda "Greenway Global" şirkətinin lideriyəm. Necə oldu bu sahəyə gəldim? Bir həkim pediatr və ailəsinin sağlamlığına dəyər verən bir insan kimi kimyəvi tərkibli təmizlik qulluq vasitələrinin insan orqanizminə nə qədər zərərli olduğunun fərqində idim və sanki bir axtarışda idim. Üç il öncə mənim qarşıma belə bir məhsullar çıxdı və mən həmin məhsulları öz evimdə istifadə etməyə başladım. Müsbət nəticə əldə etdikdən sonra bu məhsulları insanlara tanıtdırmaq barədə düşündüm. Artıq şirkətlə əməkdaşlığa qərar verdim.
- Artıq neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?
- Üç ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İnsanlara sağlamlıq bəxş etmək, onları eko həyata dəvət etməklə həm onların sağlamlığını, həm da ətraf mühiti zərərli maddələrdən qorumaq əsas iş prinsipimizdir.
- İnsanlarla hansı üsullarla çalışırsınız?
- Biz insanları şirkətə dəvət edib əsasən apteksiz həyata yönləndiririk. Bu mövzuda çoxsaylı maarifləndirici seminarlarımız da olur.
- Şirkətin məhsulları hansı yas qrupuna aid insanlar üçün nəzərdə tutulub?
- Bizim şirkətin özəlliyi bundadır ki, məhsullardan hər yaş qrupuna aid insan istifadə edə bilər. Heç bir yaş məhdudiyyəti yoxdur.
- Məhsulların rəsmi sertifikatları varmı?
- Əlbəttə, Azərbaycana gələn bütün məhsulların rəsmi lisenziyası var.
- Xarakter olaraq necə birisiniz?
- Bəzən çox səbrli, bəzən isə səbrsiz oluram. Həssas və məsuliyyətli biriyəm.
- Sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox efir yağları ilə bağlı müraciətlər olur. Müraciət edənlər də çox qısa zaman kəsiyində müsbət nəticələr əldə edirlər.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Kimyəvi məhsullardan istifadəyə birmənali olaraq "yox" deyirəm.
- Oxuculara ne məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, kimyavi təmizlik vasitəlarindən uzaq dursunlad. Hər bir kimyəvi təmizlənmə vasitələrinin "Greenway Global" sirkətində alternativləri var. Buyurub yararlana bilərlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mən bu şirkətə qoşulduqdan sonra sosial şəbəkələrdə bu qədər fəal olaram və ətrafıma bu qədər insan yığa bilərəm.
Əlaqə nömrəsi: (055) 403 54 05