Klinik psixoloq İbrahimova Zərifə: "Rahatlığımı pozan hər bir şeyə "yox" deyirəm.

- Zərifə xanım, necə oldu ki, psixoloq olmaq qərarına gəldiniz?
- İnsan münasibətləri bütün zamanlarda ən aktual mövzu olduğu üçün mən psixoloq olmağa qərar verdim. İlk təhsilim Kuban dövlət pedaqoji universitetinin, iqtisadiyyatın hüququ fakültəsi olub. İkinci təhsilim isə B.D.Karvasarski adına universitetin psixiatriya və klinik psixologiya fakültəsinin məzunuyam.
- Neçə müddətdir ki, bu sahədəsiniz?
- Artıq 2 ildir ki, bu sahədə çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Fərdi və qrup şəklində terapiyalar həyata keçirirəm.
- Hansı yas qrupuna aid insanlarla çalışırsınız?
- Uşaq, yeniyetmə və böyüklərlə çalışıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Panik ataklar və özgüvən problemi ilə müraciət edənlərin sayı son zamanlar artıb.
- Bir psixoloq olaraq nəyə "yox" deyirsiniz?
- Mənim rahatlığımı pozan hər bir şeyə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter baxımından şən, çalışqan və həyatsevər birisiyəm.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara məsləhət görürəm ki, daim özləri üzərində işləsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu peşəni seçərkən ağlıma gəlməzdi ki, bu qədər insanlara yardımım toxunacaq. Ümumiyyətlə, insanlara faydalı olmaqdan böyük zövq alıram.
Əlaqə nömrəsi: (099) 559 92 92