Psixo-pedaqoq Natavan Sükürova: "Mənim üçün əsas olan gördüyüm işin nəticəsidir"

- Natavan xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim müəllimliyə uşaqlıqdan həvəsim olub. Sonra gördüm ki, məndə öyrənmə çətinliyi olan uşaqlarla daha yaxşı alınır. Bir çox yerli və xarici mütəxəssislərdən təlim aldıqdan sonra bu istiqamətə yönəldim və işləməyə başladım.
- Necə ildir ki, bu sahədəsiniz?
- Yeddi ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Əvvəl ibtidai sinif uşaqları ilə çalışmışam. İndi isə bununla parelel olaraq öyrənmə çətinliyi olan uşaqlarla işləyirəm.(Zəka yetərsizliyi, autizm, koxlear implant,daun). Uşaqlara məktəbəqədər tədris proqramını da tədris edirəm.
- İs prinsipiniz nədən ibarətdir?
- Mən hər uşağa özəl tərtib etdiyim proqramları tətbiq edirəm. Çünki hər uşağın qavraması fərqlidir. Mənim üçün əsas olan gördüyüm işin nəticəsidir.
- Xarakter olaraq necə birisiniz?
- Uşaqlarla işlədiyimə görə onların xasiyyətində olmuşam. Çox kövrəyəm. Amma bunu onlara yansıtmıram.
- Oxuculara nə məsləhət görürsünüz?
- Valideynlər uşaqları həddindən artıq yukləməsinlər və övladlarını olduğu kimi qəbul etsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, şagirdlərim və valideynlərim tərəfindən bu qədər sevilərəm.
Əlaqə nömrəsi: (070) 359 61 87