Mediator Türkər Eliyeva: "Bu işi bu qədər sevəcəyim ağlıma gəlməzdi"

- Türkər xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Ümumiyyətlə, mediasiya bir ildir yaranıb. Mən də insanları çox sevdiyimə və onlarla ünsiyyət qurmaq bacarığım olduğuna görə bu sahəyə gəldim.
- Neçə müddətdir ki, bu sahədəsiniz?
- İki aydır ki, mediator kimi fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mediasiya məhkəmədənkənar alternativ yollarla həll olunan bir prossesdir. Mediator özü də mübahisələri həll edən neytral bir səxsdir. Yəni ki, bizim heç bir qərar vermək səlahiyyətində yoxdur. Biz vətəndaşlarla söhbət edirik və onlara doğru yolu göstəririk. Sadəcə olaraq, nəticədə mediatr arayış verməsə, vətəndaşlar məhkəməyə gedə bilməz. Bir sözlə, məqsəd məhkəmənin işini asanlasdirmaqdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox boşanma ilə bağlı müraciətlər olur.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq mülayim və mərhəmətliyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Yalana və arxadan vurulan zərbəyə qəti surətdə "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Arzu edirəm ki, bu il barisiqlar çox olsun. Heç kim bir-biri ilə düşmən olmasın. İnsanlar mərhəmətli olsunlar və bir-birlərini anlayışla qarşılaşınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu işi bu qədər sevəcəyəm və öz sahəm üzrə bu qədər məşhur olacağam.
Əlaqə nömrəsi: (055) 511 11 55