Həkim kosmetoloq Roza Nazifi: "Ağlıma gəlməzdi ki, özümu məhz bu işdə tapacağam"

- Roza xanım, necə oldu ki, həkim oldunuz?
- Mənim atam da həkimdir. Onun işlərini gördükçə məndə bu sahəyə maraq yarandı və həkim oldum.
- Niyə məhz kosmetologiyani seçdiniz?
- Mən əslində stomatologiya üzrə məzun olmuşam və üz-çənə cərrahiyyəsi üzrə rezidenturanı bitirmişəm. Bir müddət bu sahə üzrə çalışmışam. Lakin həmin ərəfələrdə kosmetologiyaya marağım hədsiz çox idi. Ona görə də bu sahəyə gəlmək qərarına gəldim. Avstriyada, Iranda və Azərbaycanda kurslar keçərək bu işin incəliklərini öyrəndim.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Kosmetoloq olaraq üç ilə yaxın, ümumilikdə isə səkkiz ilə yaxındır ki, həkim olaraq fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Gigyenik qaydalara riayət etmək və pasientlərin məmnunluğunu təmin etmək əsas iş prinsipimdir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Bütün inyeksion prosudurları və kontur plastika icra edirəm.
- Xanımlar son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Daha çox botoksla bağlı müraciətlər olur.
- Özünüz-özünüzə hansısa bir prosedur icra edirsinizmi?
- Özümə ancaq mezoterapiya və botoks etmişəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq vicdanliyam. Pasientlərə pul mənbəyi kimi baxmıram.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Xanımlara nə məsləhət görürsünüz?
- Kosmetoloji prosedurlardan vaxtında istifadə etsinlər. Onda daha gənc və təravətli qala bilərlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, özümu məhz bu işdə tapacağam.
Əlaqə nömrəsi: (055) 518 76 66