Cərrah Mama-ginekoloq Ülviyyə Qüdrətova:"Pasientlərin mentalitetdən kənar olan istəklərinə və müraciətlərinə qəti surətdə "yox" deyirəm"

- Ülviyyə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Əslində məni bu sahəyə valideynlərim yönləndirib. Buna görə onlara minnətdaram. Yaxşı ki, həkim oldum. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?
- 12 ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Ginekologiya aid bütün işləri icra edirik. Amma daha çox vaqinizmlə (cinsi əlaqə qorxusu) ilə məşğul oluruq. Bu sahə üzrə demək olar ki, birincilərdənik.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün ən vacib olan pasientlərin məmnuniyyəti və ailələrin xosbəxtliyidir.
- Xarakter olaraq necə birisiniz?
- Onu ətrafımdakı insanlar daha yaxşı bilərlər, məncə (gülür).
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Pasientlərin mentalitetdən kənar olan istəklərinə və müraciətlərinə qəti surətdə "yox" deyirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox sonsuzluq, vaginizm, cinsi istəksizlik və s. problemlərlə bağlı müraciətlər olur.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- Öz sağlamlıqlarının qeydinə vaxtında qalsınlar və ildə ən azı bir dəfə profilaktik müayinələrdən keçsinlər.
Əlaqə nömrəsi: (050) 348 24 34