Psixo-pedaqoq Nigar Gülməmmədli: "Öz sahəsi üzrə peşakar olmayan insanların bu işdə çalışmasına qəti surətdə "yox" deyirəm"

- Nigar xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən bakalavr dövründə həmişə düşünürdüm ki, görəsən daun sindromlu olan uşaqlarla necə işləyə bilərəm? Çünki ən çox onlar idi diqqətimi çəkən. Bu istək artıq məndə var idi. Sonra magistratura dövründə bir psixoloq tanışımın da vasitəsilə psixoloji seminarlara qatılmağa başladım. Bir də gördüm ki, artıq bir reabilitasiya mərkəzində kursa başlamışam. Elə həmin mərkəzdə də işləməyə başladım. O zamandan bu yana bu sahəyə atılmış oldum. Hal-hazırda da fəaliyyətimi böyük həvəslə davam etdirirəm.
- Artıq neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?
- Altı ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Xüsusi qayğıya ehtiyacı olan və disleksiyalı uşaqlarla çalışıram. Ümumiyyətlə, təkcə uşaqlarla deyil, 20 yaş və ondan artıq olan insanlarla işləyirəm. Hətta, 42 yaşlı disleksiyalı tələbəm olub. Hazırda isə 25 yaşlı disleksiyalı tələbəm var. Şükürlər olsun ki, nəticələrimiz da çox uğurlu olur.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox disleksiya ilə bağlı olur. Amma bəzi hallarda həmin uşaqların bəzilərində ya zəka yetərsizliyi ya da başqa bir problem müəyyən edilir. Bundan basqa, autizm spektr pozuntusu,zəka yetərsizliyi,daun sindromu olan uşaqlarla da bağlı müraciətlər olur.
- Xarakter olaraq necə birisiniz?
- İnsanlara sərt görünsəm da, məni tanıdıqdan sonra bunun tam əksini olduğunu görürlər. Mən həm də işimlə səxsi hayatımı biri-birindən ayrı tutmağa xüsusi önəm verirəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Öz sahəsi üzrə peşakar olmayan insanların bu işdə çalışmasına qəti surətdə "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Sevdikləri işin arxasınca getsinlər. Çünki sevmədikləri işlə məşğul olduqda bir neçə ildən sonra bunun fərqinə varacaqlar. Onda gec olur. Ona görə də hansısa bir peşəni seçərkən yaxsi-yaxsi götür-qoy etsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu işin içində bu qədər qərq olub gedərəm və axını tərs yönə çevirməyi bacararam (gülür).
Əlaqə nömrəsi: (051) 405-00-59