Mikroblading Tarifa Əliyeva: "Ağlıma gəlməzdi ki, öz müştərilərimin bu qədər rəğbətini qazana bilərəm"

- Tərifə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən on beş ildən artıqdır ki, salon işindəyəm. Qaşa hər zaman həvəsim olub. Ona görə də bu işin incəliklərini öyrənib bu sahəyə gəldim. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Yeddi ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Qaşa aid, demək olar ki, bütün prosedurları icra edirəm. Eyni zamanda qalıcı makiyaj da edirəm.
- Xanımlar son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Daha çox tatu silmə, qaşın formaları və s. ilə bağlı müraciətlər daha çox olur.
- İş prinsipiniz nədən ibarətdir?
- Müstəri məmnuniyyəti və qaşın düzlüyü, gözəlliyi mənim üçün çox vacibdir. Çünki qaş bir xanımın gözəlliyində çox böyük rol oynayır.
- Tələbələrimiz varmı?
- Tələbələrim çox olub. İndi özləri sərbəst şəkildə fəaliyyət göstərirlər.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Xanımlara nə məsləhət görürsünüz?
- Ucuz reklama aldanmasınlar və qaşlarını işin peşəkarlarına həvalə etsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, öz müştərilərimin bu qədər rəğbətini qazana bilərəm.
Əlaqə nömrəsi: (055) 519 99 19
Instagram: tarifamikroblading