Həkim - kosmetoloq Günel Məmmədova: "Aşırı dərəcədə edilən kosmetoloji prosedurlara "yox" deyirəm"

- Günel xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən Tibb Universitetini bitirdikdən sonra bir müddət endokrinoloq kimi fəaliyyət göstərdim. Sonra ailə vəziyyətinə əlaqədar bir müddət işləmədim. Bir müddət sonra doktoranturaya qəbul oldum və hal-hazırda elmi iş üzərində işləyirəm. Amma komsetologiya sahəsinə hər zaman marağım olub. Ona görə də, bu sahəyə gəlmək qərarına gəldim.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Bir ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Kosmetologiyaya aid bütün prosedurları icra edirəm. Heç bir istisna yoxdur.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün ən vacib olanı pasientlərin məmnuniyyətidir. Hər zaman bunun üçün çalışmışam.
- Xanımlar son zamanlarda sizə daha çox nə ilə bağli müraciət edirlər?
- Üzdəki qırışlar, dəri sallanmaları, gözaltı qaralmalar və dolğularla bağlı daha çox müraciətlər olur.
- Xarakter olaraq necə birisiniz?
- Sakittəbiətli və çox səbrli bir insanam.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladim var.
- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Mən təbiiliyin tərafdarıyam. Aşırı dərəcədə edilən kosmetoloji prosedurlara "yox" deyirəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- Özlərini sevsinlər, özlərinə dəyər versinlər. Ən əsası, özlərinə qulluq etsinlər.
- Mən həkim andı içərəkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu and böyük bir məsuliyyət, fədəkarlıq tələb edər. Məhz həkim sənəti insanları yaşadır, sağlamlıq uğrunda mübarizə aparmağa vadar edir.
Əlaqə nömrəsi: (050) 300 07 87