Psixoloq, Yaşam Koçu Züleyxa Əskərova: "Autizimli şəxslərdə exolaliya daha uzun müddət davam edə bilər"
- Autizm ilə Exolaliyanın əlaqəsi nədir ?
- Məlum olduğu kimi autizmdən əziyyət çəkən insanlarda bir çox nitq qüsurlarına rast gəlinir. Məsələn,oxu və yazı qüsurları, leksik, qrammatik qüsurlar, nitqi anlamada qüsurlar, alaliya, nitq inkişaf ləngiməsi və.s
Bu sadaladığım qüsurlar arasında exolaliya xüsusi yer tutur.
- Exolaliya bəs nədir ?
- Exolaliya uşağın eşitdiyi sözləri eyniliklə təkrar etməsi deməkdir. Bildiyimiz kimi autizmdə streotip davranışlar (təkrarlanan) xarakterikdir. Məhz bu səbəbdən exolaliya autizm üçün səciyyəvi nitq qüsuru hesab olunur. Normalda körpələr ilk sözlərini, səsləri ətrafdakılarının nitqini təkrarlayaraq söylərlər. Bu cür təkrarlama 2.5-3 yaşa qədər davam edir. Autizmli şəxslərdə isə exolaliya daha uzun müddət davam edə bilər. Hətta psixoloji və pedaqoji təlim almazlarsa bütün həyata boyu exolaliya davam edir.
Autizmli şəxslərdə exolaliya 2 formada özünü göstərir: anında yaranan exolaliya, gecikmiş exolaliya.
* Anında yaranan exolaliya zamanı uşaq eşitdiyi səsləri,sözləri dərhal təkrar etməyə başlayır. Məsələn uşağa “sənin adın nədir” sualını verdikdə o dərhal “sənin adın nədir” cavabını verir.
* Gecikmiş exolaliya zamanı isə uşaq günlər, həftələr hətta aylar əvvəl eşitdiyi sözləri təkrarlaya bilər. Bu zaman beyinə siqnallar gec çatır. Bu cür exolaliyaya misal olaraq şəxsi təcrübəmdən 1 hadisəni danışa bilərəm. Təcrübədə olduğum mərkəzlərin birində təlim alan uşaqlardan biri exolaliyada əziyyət çəkirdi. Normalda uşaqda anında exolaliya müşahidə olunur. Ancaq zaman keçdikcə uşaqda gecikmiş exolaliyalar da başladı. Beləki uşaq heç bir səbəb olmadan “avtobus nə vaxt gələcək”,”kurtkanın düymələrini bağla”,”evə gələndə çörək al” vəs.bu tip məqsədsiz cümlələr istifadə etməyə başladı. Ailə ilə konsultasiya aparan zaman məlum olduki, bu cümlələr ailə üzvləri arasında gündəlik həyatda istifadə olunan sözlərdi.Lakin uşaq bu sözləri eşitdiyi an yox,müəyyən zaman keçdikdən sonra ara-sıra tək edir. Exolaliyaya ən çox autizmin Asperger formasında rast gəlinir.
- Exolaliyanı necə azaltmaq olar ?
- Exolaliyanı azaltmaq üçün ilk növbədə onun səbəblərini araşdırmaq lazımdır.
- Exolaliyaya nə səbəbdir ?
- Exolaliya adətən 2 səbəblə yaranır.Ya uşaq diqqəti cəlb etmək üçün təkrarlayır,yada eşitdiyi sözləri, komandaları anlamır və rahatlamaq üçün təkrarlayır.
Əgər uşaq exolaliyanı diqqət çəkmək üçün edirsə nitq zamanı qəti olaraq exolaliyaya fikir verməmək lazımdır. Exolaliyanı eşitməməzlikdən gəlmək lazımdır. Çünki biz diqqət göstərdikcə exolaliya daha da artacaq.Yox əgər exolaliyanı rahatlamaq üçün edirsə onda uşağın diqqətini başqa bir istiqamətə yönəltmək lazımdır. Məsələn oyun oynamaq. Yada sevdiyi başqa bir işlə məşğul olmaq.
Zehni inkişafı zəif olan uşaqlarda erkən dövrdə exolaliyanın funksiyaları aşağıdakılardır:
* Söhbəti davam etdirmək - məsələn, uşaq artıq dialoqun mübadilə ifadələrindən ibarət olduğunu bilir, lakin öz söz ehtiyatı azdır və uyğun sözləri tapmaqda çətinlik çəkir. Buna görə körpə, həmsöhbətlə ünsiyyətə hazır olduğunu göstərmək üçün eşitdiklərini təkrarlayır;
* Razılığını bildirmək - psixoloqların müşahidələrinə görə, artıq "yox" sözünü öyrənmiş, lakin hələ də "hə" sözünü bilməyən uşaqlarda exolaliya baş verir. Eşitdiklərini təkrarlayaraq, qarşı tərəflə razılaşdıqlarını ifadə edirlər;
* Nitqin qazanılması – xarici dil öyrənərkən tələbə sözü başa düşmək və yadda saxlamaq üçün dəfələrlə təkrarlayır. Danışıq dilini yeni öyrənməyə başlayan uşaq da eyni şəkildə davranır.
Psixikasının təbiətinə görə, autizmli uşaqlarda exolaliyaya daha çox rast gəlinir. Son araşdırmalara görə, bu uşaqlarda exolaliyanın təzahürləri yaxşı əlamət sayıla bilər, çünki bu uşağın ünsiyyətə meyilli olduğunu göstərir.
Hər bir fərdi vəziyyətə görə exolaliyanın müalicəsi bir mütəxəssis tərəfindən təyin edilməlidir (loqoped, psixoloq, psixo-pedaqoq və s.) - Nəticə birbaşa onun peşəkar savadından asılıdır. Terapevtik bir proqramı təyin edərkən uşağın yaşını, inkişaf xüsusiyyətlərini və patologiyanın şiddətini nəzərə almaq lazımdır.
Əlaqə nömrəsi: (055) 774 50 53
İnstagram: psixoloq_life_coach (Zuleykha Askeri)