Həkim-stomatoloq Şəfa Quluzadə: "Dişlərin ev şəraitində ağardılmasına "yox" deyirəm"
- Şəfa xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim atam da, babam da stomatoloqdur. Gözümü açandan onların işlərini görüb həkimliyə marağım yarandı və qərara gəldim ki, həkim olacağam. Universitet vaxtı da məhz stomatologiyanı seçdim. Peşman deyiləm. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Mən bu il məzun olmuşam. Tələbəlik zamanı həkim yanında təcrübə keçmişəm. Hal-hazırda isə stomatoloq kimi sərbəst fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icrs edirsiniz?
- Biz təmizlənmə prosedurları, bəyazlatma, kanal və kariyes müalicəsi, qapaq qoyulması və işləri icra edirik.
- İş prinsipiniz nədən ibarətdir?
- Öz işimdə maksimum dərəcədə təmizliyə önəm verirəm. Bu da mənim əsas iş prinsipimdir.
- Son zamanlarda sizi öz sahəniz üzrə daha çox nə narahat edir?
- Son zamanlarda sahəsi stomatologiyaya olmayan, amma bu sahədə işləyənlərin sayı artıb. Bu da bizi çox narahat edir.
- Hansı yaş qrupuna aid pasientlərlə çalışırsınız?
- Yaş məhdudiyyəti yoxdur. Bütün yaş qrupuna aid pasientləri qəbul edirəm.
- Xarakter olaraq necə birisiniz?
- Hər şeyin ən yaxşısını istəyən biriyəm. Həyatda çox səbrsiz, işimdə isə səbrliyəm (gülür).
- Beynəlxalq konfranslarda iştirak edirsinizmi?
- Tələbəlik zamanı "online" iştirak etmişəm. Bunu gələcəkdə də davam etdirməyi düşünürəm.
- Bir stomatoloq olaraq nəyə "yox" deyirsiniz?
- Dişlərin ev şəraitində ağardılmasına qəti surətdə "yox" deyirəm.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, öz dişlərinin qeydinə vaxtında qalsınlar. Çünki vaxtında olunan müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bir vaxtlar həsad apardığım bir həkimlə - Samir Kərimovla eyni klinikada çalışaram.
Əlaqə nömrəsi: (051) 777 35 53