Estetik kosmetoloq Samirə Məmmədova: "Gördüyüm işlərdən gözəl nəticələr əldə etmək əsas iş prinsipimdir"
- Samirə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə marağım çoxdan var idi. Ona görə də bu sahəyə gəldim. Hal-hazırda işimdən çox məmnumam.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq iki ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahənizə aid hansı işləri icra edirsiniz?
- Kosmetologiyaya aid, demək olar ki, bütün prosedurları icra edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Gördüyüm işlərdən gözəl nəticələr əldə etmək əsas iş prinsipimdir.
- Son zamanlarda xanımlar görkəmcə bir-birinə oxşamağa başlayıblar. Bunun səbəbi nədir?
- Doğrudur. Bəzən simasında heç bir dəyişikliyə ehtiyacı olmayan xanımlar da müraciət edirlər. Düşünürəm ki, bu hal psixoloji bir haldır. Bir-birində nəyisə görüb ondan istəyirlər. Hər halda, biz xanımlara öz məsləhətlərimizi veririk.
- Xarakter olaraq necə birisiniz?
- Sərt xarakterə malik biriyəm. Xəyanətə və yalana qarşıyam.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Daha çox sərt çənə ovalı və dodaq dolğusu ilə bağlı müraciətlər olur.
- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Mən heç vaxt burun, gözaltı və gicgah dolğusu icra etmirəm.
- Beynəlxalq semminarlarda və konfranslarda iştirak edirsinizmi?
- Bəli, fürsət düşdükcə zaman-zaman iştirak edib yeniliklərlə tanış oluram.
- Xanımlara nə məsləhət görürsünüz?
- Məsləhətim odur ki, xanımlar öz gözəlliklərinin və sağlamlıqlarının qeydinə vaxtında qalsınlar. Çünki zamanında olunan müdaxilə və müalicə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu yolda qarşıma bu qədər çətinliklər çıxar.
Əlaqə nömrəsi: (055) 845 88 85