Dr. kosmetoloq Nazənin Məcidova: "Xanımların bir-birinə bənzəməsinə "yox" deyirəm"
- Nazənin xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə marağım uşaqlıqdan olub. Sevərək gəlmişəm bu sahəyə. Heç vaxt başqa bir sahə bərədə düşünməmişəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 17 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahənizə aid hansı işləri icra edirsiniz?
- Mən kosmetologiyaya dair, demək olar ki, bütün prosedurları icra edirəm.
- Son zamanlarda xanımlar görkəmcə bir-birinə oxşamağa başlayıblar. Bunun səbəbi nədir?
- Doğrudur. Bəzən simasında heç bir dəyişikliyə ehtiyacı olmayan xanımlar da müraciət edirlər. Düşünürəm ki, bu hal psixoloji bir haldır. Hər halda, biz xanımlara öz məsləhətlərimizi veririk.
- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Bəzi kosmetoloqların insanları bir-birinə oxşatmaqlarına qəti surətdə "yox" deyirəm.
- Sizcə, bir xanımın daha gözəl görsənməsi üçün onun hansı üzvü çəkici olmalıdır?
- Deyilənə görə, saç və diş üzdə böyük rol oynayır. Bir də ki, gözlərin də böyük önəmi var. Biz daha çox bunlara fikir veririk.
- Xarakter olaraq necə birisiniz?
- Səmimi və ünsiyyətcil biriyəm. Çalışıram ki, hər insanla dil tapım.
- Xanımlara nə məsləhət görürsünüz?
- Məsləhətim odur ki, xanımlar öz xarici gözəllikləri ilə yanaşı sağlamlıqlarına da fikir versinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu yerə qədər gəlib çıxaram.
Əlaqə nömrəsi: (051) 358 45 45