Cərrah-oftalmoloq Vüsalə Ağayeva: "Pasientlərimdə inam yaratmaq əsas iş prinsipimdir"
- Vüsalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Əslində bu sahəyə gəlməyimdə valideynlərim təsiri olub. Amma sonradan bu peşəni sevdim və özümü başqa heç bir sahədə təsəvvür edə bilmədim. Yaxşı ki, həkim olmuşam. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 20 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahənizə aid hansı işləri icra edirsiniz?
- Mən oftomalogiyaya aid bir çox göz xəstəliklərinin müayinəsi və müalicəsi ilə məşğul oluram. Eyni zamanda gözə aid bir sıra əməliyyatlar icra edirəm .
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün pasientdə inam yaratmaq və onun güvənini qazanmaq birinci şərtdir. Pasientlərimə pozitiv enerji ötürərək onları neqativlərdən uzaqlaşdırmaq əsas iş prinsipimdir.
- Xarakter olaraq necə birisiniz?
- Mənim üçün dürüstlük çox önəmlidir. Bir də ki, nə zamansa əhval-ruhiyyəm pis olarsa, onu pasientlərimə yansıtmıram.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Beynəlxalq konfranslarda iştirak edirsinizmi?
- Bəli, fürsət düşdükcə zaman-zaman iştirak etməyə və öz biliyimi daha da təkmilləşdirməyə çalışıram. Bu yaxınlarda da növbəti bir konfransda iştirak etməyi planlaşdırıram.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Hansısa bir həkimin öz ixtisasına aid olmayan xəstəliklərin müayinəsi və müalicəsi ilə məşğul olmasına qəti surətdə "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Pandemiyadan sonra göz xəstəlikləri həddindən artıq çoxalıb. Oxuculara məsləhət görürəm ki, mütəmadi olaraq göz müayinəsindən keçsinlər. Çünki vaxtında olunan müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısının alımması deməkdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, ömrümün sonuna qədər oxuyacağam (gülür).
Əlaqə nömrəsi: (070) 247 40 70