Cərrah-oftalmoloq Fərqanə Hüseynova: "Bu işi bu qədər sevəcəyim ağlıma gəlməzdi"
- Fərqanə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Həkim olmaq uşaqlıq arzum olub. Əslində bu sahəyə gəlməyim valideynlərimin arzusu olub. Yaxşı ki, həkim olmuşam. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 15 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən oftamalogiyaya aid bir çox göz xəstəliklərinin müayinəsi və müalicəsi ilə məşğul oluram. Eyni zamanda gözə aid bir olan bir sıra əməliyyatlar icra edirəm .
- İş prinsipiniz nədən ibarətdir?
- Hər bir pasientə eyni cür yanaşmaq və düzgün diaqnoz qoymaq əsas iş prinsipimdir.
- Xarakter olaraq necə birisiniz?
- Mən işimdə ciddi biriyəm. Amma böyüklə böyük, uşaqla uşaqla olmağı bacarıram. Çünki uşaqlara daha həssas davranmaq lazımdır.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- İnsanların bir çoxu qohumdan-qonşudan eşitdiklərinə əsasən "müalicə" almaq istəyirlər. Bu hal məni çox narahat edir və bu kimi hallara qəti surətdə "yox" deyirəm. Çox istərdim ki, pasientlər öz sahəsi üzrə ixtisaslaşmış peşəkar həkimə müraciət etsinlər.
- Son zamanlarda ən çox rastlaşdığınız xəstəliklər hansılardır?
- Son zamanlarda göz xəstəlikləri çoxalıb və "cavanlaşıb". Xüsusən də sinir problemlərinə daha çox rast gəlinir.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, doğru həkim seçsinlər və öz sağlamlıqlarına qarşı laqeyd yanaşmasınlar. Mütəmadi olaraq göz müayinəsindən keçsinlər. Çünki vaxtında olunan müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısının alımması deməkdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, öz peşəmə bu qədər bağlanaram, bu işi bu qədər sevərəm.
Əlaqə nömrəsi: (055) 366 74 44