Həkim-kosmetoloq Firəngiz İsmayılova "Ağlıma gəlməzdi ki, bu gün Azərbaycanda bu qədər tibbi savadı və təhsili olmayan "kosmetoloq"lar fəliyyət göstərəcəklər"
- Firəngiz xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə anamın istəyi ilə gəlmişəm. Azərbaycan Dövlət Tibb Universitetini 2008-ci ildə bitirmişəm. İxtisasım həkm-infeksionistdir. Sonradan Azərbaycan, Rusiya, Türkiyə və Fransada kosmetoloji kurslar keçərək həkim-kosmetoloq kimi təkmilləşmişəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq beş ildən çoxdur ki, həkim-kosmetoloq kimi fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipimiz xanım və bəyləri bəzi komplekslərdən azad etmək, vaxtından əvvəl qocalmalarının qarşısını almaq və istədikləri, onlara yaraşan üz cizgilərinə nail olmaqdır.
- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- İnsanlar ən çox qocalmaqda olan üz dərilərini müalicə etdirmək, üzdə əmələ gələn qocalıq əlamətlərini aradan qaldırmaq, səpkilərdən, üzdə yaranan ləkələr və buna oxşaq bir çox problemlərdən qurtulmaq üçün bizə müraciət edirlər.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Sahəm üzrə bütün ineksiyon və müalicəvi prosedurları həyata keçirdirəm.
Bunlardan:
Botulinoterapiya "Botox"
Mesoterapiya
Biorevitalizasiya
Təbii dolğularla (filler) üzün korreksiyasi
Plazmolifting
Müxtəlif pilinqlər
Üzün təmizlənməsi, qulluğu
Saç tökülmsinin müalicəsi və s.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Keyfiyyətsiz və süni preparatlardan istifadəyə qəti şəkildə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq işimə, pasientlərimə, ərtrafıma, ailəmə qarşı ciddi və məsuliyyətli davranıram. Onlardan da eyni münasibəti gözləyirəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki oğlum var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara nəinki kosmetologiyada, bütün sahələrdə işinin peşəkarlarına və ali savadlı mütəxəssislərə müraciət etməyi məsləhət görürəm.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu gün Azərbaycanda bu qədər tibbi savadı və təhsili olmayan "kosmetoloq"lar fəliyyət göstərəcəklər.
Əlaqə nömrəsi: (050) 200 28 38