Funksional Tibb Həkimi və Dietoloq Aliyə Həsənli: "Sağlam həyat tərzinə addım-addım..."
- Aliyə xanım, necə oldu ki, həkim oldunuz?
- Həkim olmağım üçün 3 səbəb oldu:
1. Həkim ailəsində olmağım.
2. Uşaq yaşlarımda diş həkimimə vurulmuşdum (Gənc bir xanım idi).
3. Məktəbdə yaxşı oxuyurdum, əsasən, kimya, biologiya fənnini.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- 2009-cu ildən tibb sektorunda çalışmışam. Sırf kliniki dietologiya ilə artıq 5 ilə yaxınlaşır.
- İş prinsipiniz nədən ibarətdir?
-Sağlam həyat tərzini tətbiq etməklə xroniki xəstəliklərin müalicəsi, sağlam çəki vermək və almaq, Funksional qidalanmanı aşılamaq və s
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Müalicəvi pəhriz protokolları,sağlam qidalanma, Funksional tibb və funksional qidalanmanın tətbiqi,sağlam şəkildə çəki vermək və almaq, apparatla arıqlama prosedurlarının tətbiqi, detoksifikasiya, maarifləndirici tədbirlərin təşkili və s.
- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Təbii ki, arıqlamaq və ya kökəlmək üçün müraciətlər var. Müxtəlif xəstəliklər,əsasən, metabolik pozğunluqlar zamanı müraciət edənlər daha çoxdur.Lakin qeyd edim ki, sevindirici məqam odur ki, normal çəkidə olan praktik sağlam insanlar da həm rutin kontrol , həm də düzgün qidalanma haqqında maariflənmək üçün müraciət edirlər,
- Xarakter olaraq necə birisiniz?
- Səmimi, dürüst, təvəzökar, müəyyən prinsipləri olan, özümə görə ədalətli, ciddi.
- Ailəlisinizmi?
- Bəli. 2 övladım var
- Bir həkim olaraq nəyə " yox " deyirsiniz?
- Təbii ki, həm həkim, həm də dietoloq olaraq bütün zərərli vərdişlərə “yox”deyirəm
- Oxuculara nə məsləhət görürsünüz?
- Bu cavab ola bilər şablon cavab olsun. Həkimə vaxtında müraciət etsinlər, profilaktik tədbirləri vaxtında etsinlər ki, sonradan xəstəlik ağır gedişatlı olmasın. Ən əsası isə qonşuya, qohuma yazılan müalicəni (fərq etmir bu pəhriz proqramıdır və ya müalicədir ) özlərində sınamasınlar. Mütləq hər bir sahənin mütəxəssisinə müraciət edib professional dəstək alsınlar. Sağlamlıq həyatda hər bir şeydən vacibdir. Bunu biz ancaq xəstələnəndə anlayırıq
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, pasientlərimin pozitiv geridönüşləri məni bu qədər duyğulandıra və qürurlandıra bilər. Bundan başqa pasirntlərimlə həkim xəstə münasibəti yox, səmimi dostluq münasibəti yaranır, mənim üçün pasientlərimlə sağlam, səmimi münasibətin yaranması, onların mənə inanması, məni işimə qarşı daha məsuliyyətli və daima yenilikləri axtarmağa vadar edir.Və mənim devizim: “ Dr. Aliyə Həsənli ilə Sağlam Həyat Tərzinə Addım-Addım”.
Əlaqə nömrəsi: (050) 539 52 30