Professional Yaşam Koçu Xatirə Kərimova: "Həyata nəyi veririksə, onu da geri alırıq"
- Xatirə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- İnsanları müşahidə etdikdə, onların yaşam tərzini gördükcə bu sahəyə marağım yarandı. Nə yaxşı ki, bu sahədəyəm. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq bir ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İs prinsipim Yaşam koçu olaraq ağıl, ruh sağlamlığı yerində olub, həyatında gəldiyi nöqtədə özünü bədbəxt hiss edən axtardığı istiqaməti tapa bilməyən, həmin istiqamətə doğru necə irəliləyəcəyini bilməyən kəslərə düzgün suallar verərək, onları dinləyirəm, onları güzgü kimi əsk etdirib, dəyişmənə yol açaraq yeni bir "sən" olmalarına səbəb oluram.
Onları düşdüyü çətinliklərdən həm psixaloji, həm də ruhən çəkib çıxarmalarina komek oluram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
Yaşam koçu və hənsöhbət arasındakı yaradıcı ortaqlıqdır. Bu ortalıqda, yaşam koçunun vəzifələrinin bəziləri aşağıdakılardır:
- Həmsöbətin, istədiyi hədəflərə çata bilməsi üçün həyat tərzinə uyğun bir baxış bucağı tapmasına kömək etmək.
- Həmsöhbətin, öz potensiyalını kəşf etməsi və inkşaf etdirməsi üçün motivasiya etmək .
- Həmsöhbətin hədəflərinə, xarakterinə və baxış bucağına uyğun planları və strategiyaları inkişaf etdirmək.
- Həmsöhbətin məsulliyətini artırmaq üçün fikirlərini inkişaf etdirmək
- Doğru suallarla danışanın ehtiyac duyduğu cavabı eşitməsini təmin etmək.
- Təsirli, tarazlı və uğurlu bir həyat yaşaması üçün həmsöhbətin; doğru qərar alma və seçim etmə qabilliyətini inkişaf etməsini təmin etməkdir.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq sakit, ünsiyyətcil biriyəm. Xoslanmadığım insandan, ortamdan sakit şəkildə uzaqlaşıram.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Oxuculara nə məsləhət görürsünü?
- Məsləhət görürəm ki, insanları dinləmdən onlar haqqında kəsin qərar verməyin. Dinləməyi bacarın, bəzən "yox" deməyi də bacarmaq lazımdır. Ümumiyyətlə, həyata, insanlara nəyi verirkisə, onu da geri alırıq.
Əlaqə nömrəsi: (050) 401 62 76