Psixoloq, Yaşam Koçu Züleyxa Əskərova: "İşini tam bacarırsansa, ondan asılı olmursan"
- Züleyxa xanım, iş - vəzifə deyəndə nə başa düşülür ?
- İş insanın həyatının bir parçası olmalıdır, çox təssüf ki, bəzi insanlar işinə o qədər zaman ayırır ki, nəticədə o işinin bir parçası olur. Mütləq şəkildə insan özünə vaxt ayırmalıdır. Belə olduqda həm iş həyatı həm də şəxsi həyatı daha mənalı və faydalı olur. Bunun üçün hər zaman səhifəmdə paylaşıram "mən günü" edin. Çox faydasını görəcəksiniz.
- İsanların işdən asılı olması nə ilə bağlıdır ?
- Bu bir az işin necə qurulması və kimə, hansı vəzifə verilməsi ilə əlaqədardır.
Mənim müəllimim hər zaman deyirdi ki, bəzi vəzifələr var, onu yarada bilmirsən, elə doğulmaq lazımdır. Məsələn hər kəs müəllim ola bilməz, ona görə həyatımızda çox müəllim olsa da sadəcə bir neçəsini xatırlayırıq, çünki onlar müəllimlik üçün doğulmuş insanlardır. Işdən asılı olmaq da bununla əlaqəlidir. Əgər işini tam bacarırsansa, ondan aslı olmursan.
- İşin insanların həyatının əsas anlamına çevrilməsi haqqında nə düşünürsünüz ?
- Sadəcə bir cümlə deyim : " Yaşam şərtləri" və ya məcburiyyət.
- Gün ərzində maksimum nə qədər çalışmaq olar ?
- Bunun bilinən bir standartı yoxdur, işdən və işi görəndən aslı olan bir vəziyyətdir. Bəzən bütün gün işləyərsən amma yorğunluq hiss etmirsən, bəzən ruh halı heç işə başlamaq istəmirsən, belə olduqda məcbur neçə saat iş görməli olsan da bir effekti olmaz.
- Bu mövzu ilə əlaqədar hansı nümunələr verərdiniz ?
- İş haqqında müsbət fikirlər sonsuz sayda demək olar və bu bir çoxlarımıza aydındır. Lakin mənim tez-tez qarşılaşdığım bir negativ tərəf var. İş ilə insanı dəyərləndiririk. Və bəzi bizə aid düşüncələr var ki , bunu doğru bilirik. Misal üçün bir müəllim sadəcə məktəbdə müəllimdir. İş saatından kənarda bir insandı, vəzifəsi onun önünə keçməməlidir. Işdən sonra onun geyimi, həyat tərzi, seçimləri sadəcə onu maraqlandırır. ("Həkimi hər gördüyümüz ortamda xəstəlik haqqında məlumat almaq və ya dərman məsləhət etməsini soruşmaq" - buna misal ola bilər). İnsanları düşüncəmizə görə yaxşı və ya pisə ayırmaq düzgün olmaz. Məsələn mühəndis "belə" olmalıdır, həkim "elə" davranmalıdır, müəllim " belə" geyinməlidir, psixoloq "belə" deməlidir. Bu yanaşma düzgün deyil.
Bir sözlə hər kəs öz iş saatları daxilində sadəcə o vəzifəni yerinə yetirir. Digər hallarda sərbəstdir. Çalışaq vəzifəni insanlığın önünə qoymayaq və kimisə vəzifəsinə görə ittiham etməyək.
Əlaqə nömrəsi: (055) 774 50 53
İnstagram: psixoloq_life_coach (Zuleykha Askeri)