Uzman endokrinoloq Vüsalə Mikayılova: "Hər bir pasientlə individual olaraq maraqlanıram"
- Vüsalə xanım, necə oldu ki, həkim oldunuz?
- Əslində ağlıma gəlməzdi ki, nə vaxtsa həkim olaram. Ünvanımızı dəyişdiyimiz üçün bir məktəbdən başqa məktəbə keçdim. Orada ixtisas seçimində tibb sahəsini seçdim. Zaman elə gətirdi ki, bu sahəyə gəldim və həkim oldum. Nə yaxşı ki, bu sahəni seçdim. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahənizə aid hansı işləri icra edirsiniz?
- Mən ixtisasca endokrinoloqam. Hesab edirəm ki, öz sahəm üzrə lazım olan məlumatların çox hisssəsini mənimsəmişəm. Mən şəkərli diabet, qalxanabənzər vəz xəstəlikləri və s. endokrin problemlərin müayinəsi və müalicəsi ilə məşğul oluram.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün ən əsası məsuliyyətdir. İşimdə çox tələbkaram. Pasientləri müayibə edib onlara müalicə yazdıqdan sonra onlara qarşı çox tələbkar oluram. Mənim onlara göstərdiyim diqqəti onların özlərindən özlərinə və özümə qarşı tələb edirəm. Bir də ki, hər bir pasientlə individual olaraq maraqlanıram.
- Xarakter olaraq necə birisiniz?
- İstiqanlı, məsuliyyətli, ailəcanlı və araşdırmaçı bir insanam.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Ailə həyatı ilə bu peşə alınırmı?
- Səni dəstəkləyən, hər bir uğuruna sevinən, səninlə birlikdə addımlayan həyat yoldaşın varsa, alınır.
- Son zamanlarda sizə daha çox narahat edən nədir?
- Son zamanlarda bu sahədə problemlər çoxdur. Valideynlərin əksəriyyəti uşaqlarını diqqətdən kənarda qoyurlar. Onların əhatəsinə, qidaların və s. fikir vermirlər. Nəticədə, uşaqlarda hormonal pozuntular və digər problemlər əmələ gəlir. Valideynlər öz övladlarını vaxtaşırı yoxlanışa gətirsələr, bu cür fəsadlar da olmaz.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Bəzi həkimkərin pasienti tamamilə "mənimsəyib", özlərinə aid olmayan sahə ilə məşğul olmaqlarına qəti surətdə "yox" deyirəm.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, Azərbaycanda bu qədər güclü həkimlər yetişər və onların arasında belə sağlam rəqabət olar.
Əlaqə nömrəsi: (055) 351 36 52