Psixoloq Vüsalə Cəfərova: "Səmimiyyətsizliyə və hədsiz səmimiyyətə "yox" deyirəm"
- Vüsalə xanım, necə oldu ki, psixoloq oldunuz?
- Məktəbdə ən sevdiyim müəllimimin “səndən çox yaxşı psixoloq olar” dediyini xatırlayıram və elə o gün başladı bu sahəyə marağım və sevgim.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on ildir ki, insanlara ruhlarını sağaltmaqda kömək edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
-İnsanlara məsləhət vermədən, onlara özlərini kəşf etməkdə və özlərinin ən mükəmməl halını yaratmaqda kömək etməkdir iş prinsipim.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- İnsan davranışlarının analizi, özünü və gücünü kəşf etmək və motivasiya üzərinə videolar çəkirəm, paylaşımlar edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Səbəblər çox və müxtəlifdir. Ailə problemləri, sosial fobiyalar, stress və.s ilə bağlı müraciətlər olur.
- Xarakter olaraq necə birisiniz?
-Yola gedən, kömək etməyi sevən, haqsızlığa dözümsüz , hər şeyi qədərində sevən biriyəm.
- Ailəlisinizmi?
- Xeyr , ailəli deyiləm.
- Bir psixoloq olaraq nəyə "yox" deyirsiniz?
- Səmimiyyətsizliyə və hədsiz səmimiyyətə "yox" deyirəm.
- Oxuculara nə məsləhət görərdiniz?
- Məsləhət görmək deyil, öz yaşantımdan nümunə deyərdim. “Hər nə olur olsun, yoluna davam et, bir gün xəyalının ən mükəmməl halına çatacaqsan”
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, başqalarından öncə özümə kömək edə biləcəyəm.
Əlaqə nömrəsi: (055) 774 86 81