Stomatoloq-cərrah Fərid Axundov: "Pasientlərin rahat müalicə alması əsas iş prinsipimdir"
- Fərid həkim, necə oldu ki, bu sahəyə gəldiniz?
- Həkim olmaq mənim uşaqlıq arzum olub. Mənim atam da həkimdir. Ona baxıb bir az da həvəslənmişəm. Nə yaxşı ki, həkim olmuşam. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 7 ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahənizə aid hansı işləri icra edirsiniz?
- Mən daha çox diş çəkimi, dişlərin müalicəsi, ortopediya və s. işləri icra edirəm. Hal-hazırda isə implantologiya üzrə ixtisaslaşmaqdayam.
- Azərbaycandan kənarda hansısa ölkədə biliyinizi təkmilləşdirmisinizmi?
- Bəli, Türkiyədə müxtəlif kurslarda zaman-zaman iştirak etmişəm və bunun da öz ixtisasım üzrə təkmilləşməyimdə çox xeyri olub.
- Hansı yaş qrupuna aid pasientlər qəbul edirsiniz?
- Yaş məhdudiyyəti yoxdur. Bütün yaş qrupuna aid pasientləri müayinə və müalicə edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Mən sterilezəyə daha çox üstünlük verirəm. Pasintlərin rahat şəkildə müalicə alması əsas iş prinsipimdir.
- Xarakter olaraq necə birisiniz?
- Mən ünsiyyətcil və səmimi bir insanam. Hər kəslə dill tapmağı bacarıram.
- Son zamanlarda sizə daha çox narahat edən nələrdir?
- Son zamanlarda insanlar daha çox şirniyyata və fast-foodlara üstünlük verirlər. Ağartı məshullarından az istifadə edirlər. Bu hallar da dişlərdə kariyesin daha tez və çox yaranmasına səbəb olur. Bir də ki, uşaqlarda süd dişlərinin çəkilməsi müəyyən fəsadlara yol açır.
- Ümumiyyətlə, dişə qulluq neçə yaşdan etibarən başlanılmalıdır?
- Adətən iki-üç yaşdan etibarən dişlərə qulluq olunmalıdır. Yeməkdən sonra və yatmazdan əvvəl dişlər mütləq fırçalanmalı və ağız suyu təmizlənməldir. Bütün gigyenik qayadalara əməl edilməlidir.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Şirniyyatlardan, saqqızdan, tumdan həddindən artıq istifadəyə qəti surətdə "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, stomatoloqdan qorxmasınlar və ildə ən azı iki dəfə dişlərini müayinə etdirsinlər. Çünki vaxtında olunan müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Diş bir orqandır. Mədə-bağırsaq problemlərindən biri qidanın xirdalanmasındam asılıdır. Ona görə də dişlərə bir orqan kimi baxıram. Ağlıma gəlməzdi ki, pasientlərin əksəriyyəti dişlərə düzgün baxmazlar.
Əlaqə nömrəsi: (050) 277 46 00