Funksional həkim- dietoloq Səbinə İsmayılova: "Düzgün diaqnoz qoymaq əsas iş prinsipimdir"
- Səbinə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Anamın məsləhəti ilə bu sahəni seçdim. Nə yaxşı ki, həkim oldum. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- On dörd ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İstədiyim nəticəni almaq üçün düzgün diaqnoz qoymaq əsas iş prinsipimdir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Funksional həkim olaraq, artıq çəkinin yaratdığı problemləri tapıb, onları müalicə edərək, artıq çəki problemini kökündən həll etməyə çalışıram.
- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Artıq çəki, mədə-bağırsaq problemləri, qalxanvari vəzi problemləri və ümumiyyətlə, xəstəlikləri olan insanlar xəstəliklərinə uyğun qidalanma proqramı almaq üçün müraciət edirlər.
- Xarakter olaraq necə birisiniz?
- Mülayim və eyni zamanda çox ciddi biriyəm.
- Ailəlisinizmi?
- Xeyr, subayam
- Bir dietoloq olaraq nəyə "yox" deyirsiniz?
- Gizli və aşkar şəkərlərə, pis vərdişlərə, ara atışdırmalıqlarına, hərəkətsiz həyata, qeyri-düzgün yuxu saatlarına "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Xəstəliklərin təməli 5 il öncədən qoyulur. Ona görə də vaxtında aşkarlayıb qarşısını almaqdan ötrü ildə iki dəfə "cekup" müayinədən keçməklərini məsləhət görürəm.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- İşimi bu dərəcədə sevəcəyim ağlıma gəlməzdi.
Əlaqə nömrəsi: (055) 575 50 10