Bütünçül tibb uzmanı, Epigenetik Koç, Biorezonans diaqnostika mütəxəssisi Nigar Rzayeva: "Pasientlərimin həyat hekayələrini dəyişəcəyimə inanmazdım"
- Nigar xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Həkimliyə marağım uşaq yaşlarımdan olub. Hətta o zamanlar gəlinciklərimi pasient kimi "müayinə" və "müalicə" edirdim. Zaman keçdi və qərara gəldim ki, həkim olum. Şükürlər olsun ki, arzuma çatdım. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq beş ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Mən pasientlərimlə psixploji söhbətlər də aparıram. Onları özümə dost bilirəm. Hər bir pasient öz problemlərini mənə rahatlıqla danışa bilir. Bunun üçün hər şəraiti yaradıram. Əsas iş prinsipim budur.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Biorezonans diaqnostika ilə iki saat yarım yoxlanış edirik. Bu zaman pasientin bütün genetik xəstəliklərini, patalogiyalarını, risk faktorlarını üzə çıxardırıq.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlarda qalxanvari vəz xətəlikləri, qurd, stress və s. problemlərlə bağlı müraciətlər olur.
- Bu sahədə görmək istədiyiniz, amma görə bilmədiyiniz nədir?
- Öz sahəmdə onu dəyişmək istərdim ki, tibb universitetini bitirən həkimlər tək protokolla işləməsinlər, xəstəyə individual və bir insan kimi yanaşsınlar. Sonra onun xəstəliyinə baxsınlar. İndiki zamanda xəstələr qayğı istəyir, dərmanları yazıb göndərməkdənsə, onların həyatına toxunmaq lazımdır və dərinliyə getmək gərəkdir. Çünki bütün xəstəliklərin başlanğıcı uşaqlıqdan, onun psixoloji yaşamından gəlir.
- Xarakter olaraq necə birisiniz?
- Mən çalışıram ki, özüm olum. Heç kimə bənzəməyim. Bir də ki, bilmədiyim bir şey barədə öyrənməkdən, maraqlanmaqdan utanan insan deyiləm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Pasientlərə pul mənbəyi kimi baxmağa qəti surətdə "yox" deyirəm. Mənim üçün əsas kəmiyyət yox, keyfiyyətdir.
- Oxuculara nə mələhət görürsünüz?
- Məsləhət görürəm ki, ildə ən azı iki dəfə müayinədən keçsinlər. Çünki vaxtında olunan müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir. Bir də ki, öz bədənlərini və orqanizlərini tanısınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bir gün pasintlərimin həyat hekayələrini dəyişərəm.
Əlaqə nömrəsi: (055) 228 40 07