Həkim-kosmetoloq Günay Əsgərova "Vaxtından tez olunan prosedurlara "yox" deyirəm"
- Günay xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Əslində bu peşəyə sevgi ailəmdən gəlib. Uşağlığımdan atamın, anamın səliqəli ağ geyimdə olması hər zaman diqqətimi cəlb edib. Bir gün məndə bu geyimi geyinəcəm deyirdim. Qərara gəldim ki, kosmetolog olmalıyam və xanımlarımızı gözəlləşdirməliyəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 7 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Prinsipim bölgələrdən və statuslarından asılı olmayaraq işləyən və işləməyən xanımlarımızı gözəlləşdirməkdən ibarətdir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Kosmetologiyaya dair bütün prosedurları icra edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Yaşadıqları komplekslərlə bağlı müraciət edirlər.
- Xarakter olaraq necə birisiniz?
- Xaraktercə iddialı biriyəm. Hər zaman qarşıma qoyduğum məqsədə doğru irəliləyirəm.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Vaxtından tez olunan hər hansı prosedura "yox" deyirəm.
- Xanımlara nə mələhət görürsünüz?
- Məsləhət görürəm ki, hər zaman qarşınıza qoyduğunuz məqsədin arxasıyca gedin və peşənizi seçərək yox sevərək seçin.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, qısa bir zaman ərzində hər kəsin sevimlisinə çevrilərəm. Hər kəsin seçdiyi və onların dəyər verdiyi sevilən kosmetoloqları olaram.
Əlaqən nömrəsi: (077) 203 07 07