Həkim-kosmetoloq Naibə "Aşırı dərəcədə olan prosedurların əleyhinəyəm"
- Naibə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Həkim olmaq uşaqlıq arzum olub. Ona görə də bu sahəyə gəldim. Yaxşı ki, həkim oldum. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 14 idir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İşimdə məsuliyyətli və dəqiq olma əsas iş prinsipimdir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Kosmetologiyaya dair bütün prosedurları icra edirəm.
- Yalnız xanımlarla çalışırsınız, yoxsa bəy pasientləriniz də olur?
- Adətən xanım pasientlərlə çalışıram. Amma bəzən bəy pasientlər də olur.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox üzgərmə, yanaq dolğusu, oval çənə və s. prosedurlarla bağlı müraciətlər olur.
- Xarakter olaraq necə birisiniz?
- İşimdə məsuliyyətli biriyəm. Hər kəslə dil tapıram. Şükürlər olsun ki, heç bir pasient mənim yanımdan narazı getməyib.
- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Aşırı dərəcədə olan kosmetoloji prosedurlara qəti surətdə yox deyirəm.
- Xanımlara nə mələhət görürsünüz?
- Məsləhət görürəm ki, kosmetoloqa vaxtında müraciət etsinlər. Nə tələssinlər, nə də ki, geciksinlər. Bir də ki, öz təbiiliklərini hər zaman qorusunlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu işdə bu qədər səbrli olacağam. Bu da işimə olan sevgimdən irəıi gəlir. Bundan sonra daha çox uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm.
Əlaqən nömrəsi: (055) 832 64 23