Nutrisoloq-Diyetoloq Suniyəxanım Cəbrayılova: "İşimdə məsuliyyətli olmaq əsas iş prinsipimdir"
- Necə oldu ki, bu sahəyə gəldiniz?
- Bir çox dietoloq kimi mənim də artıq kilolarım səbəbindən bu peşəyə marağım yarandı və bu işin təhsilini alıb çalışmağa başladım.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq yeddi ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İşimdə məsuliyyətli olmaq əsas iş prinsipimdir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Öz sahəm üzrə yanaşı gedən xəstəliklərə uyğun qidalanma planı uyğulayıram. İstər arıqlama, istər kökəlmə barəsində həm individual, həm də qruplar qrub yönətirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Əvvəllər daha çox arıqlama ilə bağlı müraciətlər alırdım. Ancaq artıq bir çox yanaşı gedən xəstəliklərə görə kökəlmək üçün müraciət edənlər də az deyil.
- Xarakter olaraq necə birisiniz?
- İşimdə disiplinli və anlayışlı biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Bir diyetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Qidalanma üzrə paketli qidaları çalışdığımm qədər menyularıma yaxın buraxmıram. Amma qrupda həkim-pasient mövzusunda bəhanə və məsuliyyətsizliyi yaxın buraxmıram.
- Oxuculara nə mələhət görürsünüz?
- Sağlam qidalanmaqlarnı və bunu həyat tərzlərinə çevirməyi məsləhət görürəm.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. bu qədər çox fərqli orqanizm və xəstəlik ilə mübarizə aparacağam və nəticələr əldə edəcəyəm.
Əlaqən nömrəsi: (070) 543 47 33