Həkim-kosetoloq Yeganə Ağayeva: "Xanımlarımızı təbii və baxımlı görmək əsas iş prinsipimdir"
- Necə oldu ki, bu sahəyə gəldiniz?
- Həkim olmaq uşaqlıq arzum olub. Nə yaxşı ki, həkim oldum. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 13 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Xanımlarımızı təbii və baxımlı görmək əsas iş prinsipimdir.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Kosmetologiyaya aid bütün prosedurlar icra edirəm.
- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Daha çox cavanlaşma prosedurları ilə bağlı müraciətlər olur.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var. Böyük oğlum əsgərdir.
- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Süniliyə "yox" deyirəm. Təbiilik mənim üçün hər zaman birinci yerdədir.
- Xanımlara nə məsləhət görürsünüz?
- Aşırı prosedurlar etməsinlər. Öz təbiiliklərini itirməsinlər və həmişə sağlam olsunlar.
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, insanlara bu qədər sevinc bəxş etməklə özümü xoş bəxt hiss edəcəm.
Əlaqə nömrəsi: (055) 827 40 07
(070) 413 13 00