Psixoloq Nurlanə Quliyeva: “Pozitiv düşüncələr ilə kainata müsbət enerji göndərin”
- Nurlanə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə marağım uşaqlıqdan olub. Filmlərdə psixoloq obrazını görüb, özümü orada təsəvvür edirdim. Hal-hazırda da istədiyim peşəyə sahibəm və daha da ixtisaslaşmaq üçün çox çalışıram.
- İşprinsipiniz nədən ibarətdir?
- İş prinsipim insanlara dəstək olmaq, problemlərini həll etməyə yardım etmək və onları hər zaman xoşbəxt, pozitiv görməkdir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Uşaq və yeniyetmələrdə davranış pozuntuları və bir çox problemlərin korreksiyası üzrə məşğul oluram.
- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Valideynlər uşaqlarda daha çox davranış pozuntuları, həyəcan, tik, autizm və əqli geriliklə bağlı müraciət edirlər.
- Xarakter olaraq necə birsiniz?
- Xarakter olaraq empatiya qurmağı bacaran, məsuliyyətli, insanlar üçün əlindən gələni etməyə hazır olan biriyəm. Həssas biri olduğum da danılmazdır.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Bir mütəxəssis olaraq nəyə “yox” deyirsiniz?
- “Yox” demək özü də bir bacarıqdır. Situasiyadan asılı olaraq istəmədiyim bir şey olduqda “yox” deyirəm. Öz ehtiyaclarımızla başqalarının ehtiyacları arasında xətt çəkilmədikdə, ətrafımızdakılar həmişə istədikləri şeydə israr edirlər.
- Oxuculara nə məsləhət görürsünüz?
- Hər zaman pozitiv olun. Həyat pis olmaq üçün qısadır. Pozitiv düşüncələr ilə kainata müsbət enerji göndərin. Sizə yaxşı gələn faəliyyətlər ilə məşğul olun, yeniliklər kəşf edin. Birinci növbədə özünüzü sevin. Çünki hər şey özünüzdən başlayır.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- İntuisiyam güclü olduğuna görə hal-hazırda yaşadıqlarım ağlıma gəlirdi (gülür).
Əlaqə nömrəsi: (055) 399 61 31