"Bakı Modern Psixoloji Sağlamlıq və Nitq İnkişafı Mərkəzi"nin rəhbəri, Psixoloq Həcər Bayramova: "İşimi vicdanla icra etmək əsas iş prinsipimdir"
- Həcər xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəni seçim dəstəyi ilk öncə ailəm və daha sonra babamın istiqamətləndirməsi nəticəsində sevib seçdim.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 11 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Məsuliyyətli,pasiyentlərə doğru -dürüst istiqamət verməyi üstün tutmaq,işi diqqətlə və vicdanla icra etmək əsas iş prinsipimdir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Yaş məhdudiyyəti olmadan Psixoloji,Loqopedik ,Reabilitasiya yönümlü prosedurları icra edirik.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Bu gün yaşadığımız mühitdə insanların psixoloji durumu çox gərgindir.Bunan dolayı olaraq böyüməkdə olan gənc nəsil belə loqopedik,psixoloji problemli böyüyür .Bu baxımdan müraciətlər çoxdur.
- Xarakter olaraq necə birisiniz?
- Fleqmatik.Sakit və özündən gec çıxan temperament tipi saylır.Eyni zamanda inadkar və qətiyyətli deyirlər mənə.Düşünürəm insanlar daha məntiqli və daha qətiyyətli addımlarla daha uğurlu nəticələr əldə edə bilərlər.
- Ailəlisinizmi?
- Ailəliyəm,Cavanşir adlı oğul böyüyür bizimlə.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Xüsusilə insanlar Psixoloji narahatlıqlarına biganəlik nümayişi etdirmələrinə Yox deyirəm. Narahatlığımın Səbəbi ilkin müdaxilə ilə tez və qısa zamanda narahatlıqaların həlli yolu tapılar deyə düşünürəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Daha çox maariflənmək,araşdırma etmək və zamanında gec olmadan Psixoloji,Loqopedik və Reabilatsiyon tədavülərə yön almağı məsləhət görə bilərəm.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamanlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,problemlərin izahini qarşı tərəfə xüsusilə daha yaşlı nəslə çatdırmaq və həqiqəti söyləmək bu qədər çətin olar.Çünki yaşlı nəsil daha bizim zamanımızda belə hal yox idi deyə söyləyər və həqiqəti qəbul etməkdə çətinlik yaşayarlar.Eyni zamanda maariflənməmiş gənc valideynlər.Bəzən həlli olacaq məsələni belə həllini sual altında qoyarlar.Düşünürəm ki,daha müasir düşüncəli yaşlı nəslin nümayəndlərinin də say hesabı çoxdur.
Əlaqə nömrələri:
070 800 38 15
070 526 18 15
012 526 18 15