Həkim-endokrinoloq Xanım Atayeva: “Pasientlərin məmnunluğunu qoruyub saxlamq əsas iş prinsipimdir”
- Xanım doktor, necə oldu ki, bu sahəyə gəldiniz?
- Həkim olmaq mənim uşaqlıq arum olub. Bu istəklə ilk dəfə Tibb Texnikumuna daxil oldum. Oranı bitirdikdən sonra sənədlərimi Tibb Universitetinə verdim və qəbul oldum. Tibb Universitetini bitirdikdən sonra Türkiyənin “Hacattepe” universitetində həkim-endokrionoloqk imi ixtisaslaşdım və hal-hazırda fəliyyətimi bu sahə üzrə davam etdirirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- On beş ildən artıqdır ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Pasientlərin məmnuniyyətini qoruyub saxlamaq mənim əsas iş prinsipimdir. Çünki doğru diaqnoz və doğru müalicə pasient məmnunluğuna gətirib çıxardır. Bunun üzərində ciddi çalışıram. Şükürlər olsun ki, məqsədimə çatmışam və inşallah, bundan sonra da daha çox uğurlara imza atacağam.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Öz sahəmə aid olan bütün hormonal problemlərin müayinə və müalicəsi ilə məşğul oluram.
- İnsanlar son zamanlarda sizə daha çox hansı problemlərlə bağlı müraciət edirlər?
- Son zamanlarda şəkərli diabet, piylənmə, qalxanvari vəz xəstəlikləri ilə bağlı daha çox müraciətlər olur. Bundan başqa, kişi və qadınlarda hormonal sonsuzluqlar, aşırı tüklənmə, üzdə sızanaqlar və problemlərlə də tez-tez qarşılaşırıq.
- Xarakter olaraq necə birisiniz?
- Məsuliyyətli, səmimi və mehriban biriyiəm. Bəzən hər insanın sərt tərəfləri olur. Amma ümumilikdə gülərüz insanam.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Bir həkim olaraq nəyə “yox” deyirsiniz?
- Pasientlərin özü-özünə “müalicə” yazmasına, kənardan eşitdiklərini öz üzərlərində tətbiq etməklərinə qəti surətdə “yox” deyirəm. Çünki onların fəsadlarını sonradan biz düzəltməyə çalışırıq. Bəzən isə düzəltmə mümkün olmur. Çünki çox ağırlaşmış formada gəlirlər.
- Oxuculara nə məsləhət görürsünüz?
- İnsanların öz xəstəliklərini araşdırmaqları yaxşı haldır. Oxuculara məsləhətim odur ki, öz-özlərinə diaqnoz qoymasınlar, “müalicə” təyin etməsinlər. Diaqnoz qoymaq və müalicə etmək bu qədər asan olsa idi, biz həkimlər ömrümüzün yarıdan çoxunu oxumağa həsr etməzdik. Hələ də oxuyuruq. Ona görə də, bu məsələdə çox diqqətli olmaq lazımdır.
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gələməzdi ki, həkimin savadından, qoyduğu diaqnozdan, müalicəsindən başqa, pasientin özünün məsuliyyəti və xəstəliyə yaşaması bu dərəcdə önəmli olar. Hər bir pasient xəstəliyin müalicəsində öz həkimi ilə əlbir olub həmin xəstəliyə qalib gəlməlidir. Bunun üçün həkimin dediklərinə vaxtı-vaxtında əməl etməlidir. Həkimə vaxtında müraciət etməlidir. Çünki vaxtında olunan müayinə və müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.
Əlaqə nömrəsi: (055) 257 02 07