Psixoloq Xəyalə Əliyeva: “Öz peşəmi çox sevirəm”
- Xəyalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Hal-hazırda insanların yaşam tərzi, düşüncə tərzi, fərqli olduqu üçün məndə bir maraq yarandı. Mən psixologiya sahəsinə çalışmaq fikrinə gəldim. Bakı “Psychology school”u bitirdim və istəyimə çatdım.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq beş ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsiplərim insanları düzgün yola cəlb etmək, pis vərdişlərdən, pis düşüncələrdən daşındırmaq, psixoloji problemi olan insanların həyatda yaşamaq həvəsini yüksəltməkdən ibarətdir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Öz sahəm üzrə üstümə düşən bütün çətinlikləri icra etməyə çalışıram...
- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- İnsanların ən çox mənə problemlərini çözə bilmədikdə, dərin psixoloji probləri olduqda, asıllıqlar olanda, məsələn, ailə problemləri, yeniyetmələrin psixoloji problemləri, panik atak olduqda müraciət edirlər.
- Xarakter olaraq necə birisiniz?
- Xarakterim pasientlə söhbət əsasında və suallar vasitəsi ilə üzə çıxarılır.
- Bir psixoloq olaraq nəyə " yox " deyirsiniz?
- Mən psixoloq olaraq lazımi yerdə “yox” deməyi bacarıram...
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara məsləhətim budur ki, lazımı olduqda utanmadan,
çəkinmədən psixoloqa müraciət etsinlər...
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu peşəni seçərkən, ağlıma gəlməzdiki psixologiya bu qədər maraqlı, dərin və mənim üçün günü-gündən kəşf edə biləcəyim bir sahə olacaqdır. Öz peşəmi çox sevirəm!
Əlaqə nömrəsi: (070) 809 30 39