“Qüsursuz nitq mərkəzi”nin baş loqopedi Günel Əzimova: “Qarşıma qoyduğum məqsədlərə çatmaq üçün can atıram”
- Günel xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Sözün düzü, bu sahə barədə fikirləşməmişdim. Günlərin bir günü yolda gedərkən bir autizmli uşaq mənə yaxınlaşdı və əlimə sığal çəkdi. Mən də onu qucaqladım. Evə qayıtdıqdan sonra bu barədə çox düşündüm. Qərarə gəldim ki, bu sahədə fəaliyyət göstərəcəyəm. Şükürlər olsun ki, məqsədimə çatdım və iki il sırf autizmli uşaqlarla işlədim. Sonra isə müxtəlif diaqnozlu uşaqlarla işləməyə başladım.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq yeddi ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Bu illər ərzində nə müşahidə etdiniz?
- Onu müşahidə etdim ki, işin peşəkarı olduqdan sonra məqsədinə çata bilərsən, istənilən diaqnozu düzəltmək mümkündür.
- İş prinsipiniz nədən ibarətdir?
- Uşaqlarda olan hansısa bir qüsuru tez bir zamanda aradan qaldırmağa çalışmaq əsas iş prinsipimdir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən mərkəzimizdə baş loqopedəm. Burada pxisologi xidmətlər, nitq qüsurunun aradan qaldırılması, idman, massaj və s. işləri icra edirik.
- Hansı yaş qrupuna aid uşaqlarla çalışırsınız?
- Yaş məhdudiyyəti yoxdur. Bütün yaş qrupuna aid insanlarla çalışırıq.
- Son zamanlarda daha çox hansı problemləri müşahidə edirsiniz?
- Daha çox nitq ləngiməsi, autizm və. problemlərlə rastlaşırıq.
- Xarakter olaraq necə birisiniz?
- Sakittəbiətli və mülayim biriyəm. Amma öz işimdə tələbkar və qarşıma qoyduğum məqsədlərə çatmaq üçün can atan insanam.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Bir loqoped olaraq nəyə “yox” deyirsiniz?
- Təhsili olmayanların bu sahə ilə məşğul olmasına qəti surətdə “yox” deyirəm.
- Valideynlərə nə məsləhət görürsünüz?
- Məsləhətim odur ki, uşaqlarında hər hansı bir narahatçılıq hiss edən kimi mütləq mütəxəssisə müraciət etsinlər.
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bu sahəni seçərkən qarşıma qoyduğum hədəflərin əksəriyyətinə çatmışam. Bundan sonra da uşaqlar üçün, valideynlərin sevinc göz yaşların görmək üçün əlimdən gələni edəcəyəm.
Əlaqə nömrəsi: Sumqayıt filialı: (050) 288 32 32
Bakı filialı: (055) 485 75 25