Kardioloq Elvira Babaşova: "Pasientlərə faydalı olmağa və onların etimadını qazanmağa çalışıram"
- Elvira xanım, necə oldu ki, həkim oldunuz?
- Həkim olmağım valideynlərimin arzusu olub. Mən də onların arzusunu yerinə yetirmək üçün bu sahəyə gəldim. Nə yaxşı ki, həkim olmuşam. İşimi çox sevirəm. Özümü başqa sənətdə təsəvvür edə bilmirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- 2009 cu ildən tibb sahəsində fəaliyyət göstərirəm.
- Təhsiliniz haqda məlumat verə bilərsizmi..?
- Mən Azırbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişəm. Eyni zamanda Türkiyə, istanbulda staj keçmişəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Non-invaziv kardiologiyaya aid bütün müayinələri.
- Bu sahədə sizi narahat edən məsələ nədir?
- Düzdür, Azərbaycan kardioloqlar cəmiyyətinin bizim kimi gənc kardioloqların inkişafında böyük xidmətləri var. Mən də bu cəmiyyətin üzvüyəm. Azərbaycanda kardiologiya sahəsində inkişaf dünyada inkişaf səviyyəsinə paralel şəkilədə getdiyi üçün düşünürəm ki, bu sahədə sıxıntı olmamalıdır.
- Beynəlxalq konfranslarda iştirak edirsinizmi?
- Mən həm Azərbaycan , həmdə Avropa kardioloqlar cəmiyyətinin üzvüyəm. Bütün “online” və offline” təşkil olunan konfranslarda müntəzəm olaraq iştirak etməyə çalışıram.
- Son zamanlarda daha çox hansı xəstəliyin artdığını müşahidə edirsiniz?
- Son zamanlarda pasientlər arasında arterial hiprtenziya ilə bağlı daha çox müraciət olur. . Təəssüf ki, insanların əksəriyyəti bundan xəbərsizdir.Vaxtında aşkarlanıb müalicə başlanılmarsa gələcəkdə bir çox ağırlaşmalar ilə rastlaşa bilərik.
- Bunun fonunda nə dayanır?
- İnsanlar vaxtı vaxtında rutin müayinələrdən keçmir, ən sadə müayinə qan tzəyiq ölçülməüsi belə olunmurki əksək yetişkin oinasanlar təzyiq göstəricilərindən xəbərsizdir.
- Nədən qorxursunuz?
- Həyatda hər hansı fobiyam yoxdur.
- Bir həkim olaraq nəyə “yox” deyirsiniz?
- Əgər bir müalicə və müayinə tətbiq edilirsə, insan ona əməl etməlidir. Kənar faktorların müdaxiləsi nəticəsində fikir dəyişməyə qəti sürətdə “yox” deyirəm.
- İnsanlar bəzən həkim məsləhəti olmadan müəyyən dərman preparatlarından istifadə edirlər. Bu məsələdə məsuliyyəti kim daşıyır?
- Dünyanın bir çox ölkəsində reseptsiz dərman satışı qadağan edilib. Düşünürəm ki, həmin qadağa bizdə də tətbiq edilsə, bu məsələ öz həllini tapar.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, özlərini sevsinlər, özlərin dəyər versinlər. Sağlamlıqlarını qorusunlar və ildə ən az bir dəfə rutin müayinələrdən keçsinlər. Çünki vaxtında olunan müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısının alır
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, Azərbaycanda kardiologiya bu qədər inkişaf edər.
Əlaqə nömrəsi: (050) 539 07 59
İnstagram: dr.elvira_babashova