Revmatoloq Vüsalə Atakişiyeva: "İnsanlara bu qədər faydalı olacağım ağlıma gəlməzdi"
- Vüsalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bizim nəslimizdə həkimlər çoxdur. Gözümü açıb onları gördüyüm üçün məndə bu sahəyə maraq uşaqlıq illərimdən yaranıb. Nə yaxşı ki, bu peşəni seçmişəm. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on ildən artıqdır ki, bu sahədə fəaliyyət göstərirəm.
- Bu illər ərzində nə müşahidə etdiniz?
- Mən bu illər ərzində onu dərk etdim ki, həkim ömrünün sonuna qədər oxumalı və yenilikləri təqib etməlidir. Çünki tibb sahəsi çox sürətlə inkişaf edir. Bir də ki, pasientləri düzgün yönləndirmək və doğru diaqnoz qoymaq lazımdır. Ümumiyyətlə, hər həkim öz sahəsi ilə məşğul olsa, yaxşı olar.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim ilk ixtisasım pediatriya olub. Bəzən azyaşlı uşaqları da müayinə edirəm. Amma əsasən altı yaşından yuxarı pasientlərin revmotoloji problemləri ilə məşğul oluram.
- Xarakter olaraq necə birisiniz?
- Sadə və səmimi biriyəm. Şirniyyat bişirməyi çox sevirəm (gülür).
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Onların həkim olmaqlarını istərdinizmi?
- Mən onlara peşə seçimlərində sərbəstlik verəcəyəm.
- Öz sahaniz üzrə narazı olduğunuz məqam hansılardır?
- Çox istərdim ki, xarici dövlətllərdə olduğu kimi, bizdə də sığorta sistemi tam şəkildə fəaliyyət göstərsin.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, öz sağlamlıqlarının qeydinə qalsınlar və heç olmasa ildə bir dəfə proflaktik müayinələrdən keçsinlər. Çünki vaxtında edilən müdaxilə gələcəkdə baş verə biləcək fəsadların qarşısının öncədən alınması deməkdir.
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, seçimim insanlara bu qədər faydalı olacaq.
Əlaqə nömrəsi: (055) 401 84 14