Həkim-stomatoloq Rəfiqə Cavadova: "Öz işimi çox sevirəm"
- Rəfiqə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Həkim olmaq mənim uşaqlıq arzum olub. Başqa bir sahə barədə düşünməmişəm. Nə yaxşı ki, bu peşəni seçmişəm. Həkimliyin insanları tanımaq baxımından mənim həyatımda çox böyük rolu olub.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq beş ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Stomatologiyaya aid bütün işləri icra edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Dişlərə maksimum az ziyan vermək əsas iş prinsipimdir. Bir də ki, estetikaya çox önəm verirəm.
- Son zamanlarda sizi narahat edən nələrdir?
- İnsanların bir çoxu ağız gigiyenasına fikir vermirlər. Dişlərdə olan fəsadların əksəriyyəti də bundan qaynaqlanır.
- Dişə qulluq neçə yaşdan etibarən başlanılmalıdır?
- Dişlər çıxmağa başladığı andan etibarən ona qulluq lazımdır. Bu məsələdə valideynlərin üzərinə çox böyük məsuliyyət düşür.
- Xarakter olaraq necə birisiniz?
- Səmimi və məsuliyyətli bir insanam.
- Bu əllərlə çox insanlara kömək edirsiniz. Hərdən o əllərə baxanda nə düşnürsünüz?
- Özümlə və işimlə qürur duyuram.
- Bəs həkim olmasanız, hansı peşəni seçərdiniz?
- Əslində heç vaxt həkimlikdən başqa bir peşə barədə düşünməmişəm. Amma bu sualı mənə tez-tez verdiklərinə görə, bu barədə düşündüm. Həkim olmasa idim, yəqin ki, pilot olardım.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, ağız gigiyenasına diqqət etsinlər və hər aytı aldan bir proflaktik müayinələrə getsinlər.
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu iş bu qədər çətin və məsuliyyətli iş olar. Bütün bunlara baxmayaraq öz işimi sevirəm.
Əlaqə nömrəsi: (055) 254 62 62