Pedaqoq-psixoloq Rəhimə Əliyeva: "Ağlıma gəlməzdi ki, öz sahəmdə bu qədər irəli gedərəm"
- Rəhimə xanım, necə oldu ki, psixoloq oldunuz?
- Bu sahəyə marağım abutiriyent vaxtlarımdan olub. Lakin ali məktəbə imtahan verdikdə sırf bu sahə üzrə qəbul olmadım.Azərbaycan Dövlət Pedoqoji Universitetin Məktəbəqədər təhsil ixtisasına daxil oldum.Qəbul olduğum ixtisas Pedaqogika və Psixologiya fakültəsinə aid idi.Bu mənə motivasiya oldu və yolumdan dönmədim,davam etdim.Burda təhsil aldığım müddətdə müxtəlif təlimlərdə iştirak etdim və ayrı-ayrı mərkəzlərdə könüllü olaraq işləyib təcrübə qazandım.Eyni zamanda təlimçi kimi də fəaliyyət göstərmişəm,hal-hazırda da göstərirəm.Ali təhsilimi Fəxri Fərmanla başa vurmuşam.4illik təhsili bitirdikdən sonra Psixologiya üzrə magistratura təhsili almaq qərarına gəldim. Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinə daxil oldum.Magistratura təhsilimi də Qırmızı diplomla bitirdim.
Hal-hazırda fəaliyyətimi psixoloq olaraq davam etdirirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq üç ildir ki, bu sahədə fəaliyyət göstərirəm.2019-cu ildən EDU Company Təhsil Şirkətinin psixoloqu kimi çalışıram.Son 1ildə isə Xətai Psixologiya və Nitq İnkişafı Mərkəzində də psixoloq kimi çalışmağa davam edirəm.Qeyd edim ki,öz peşəmi çox sevirəm və bu üzrə daimə özümü inkişaf etdirməyə can atıram.
- Bu üç il ərzində nə müşahidə etdiniz?
- Ən çox yeniyetmələrdə özgüvənsizlik, ünsiyyət problemi və valideynlər arasında münaqişələr müşahidə etdim.Həmçinin,gənclərdə əks cinslə münasibət zamanı doğan problemlər nəticəsində depressiv və aqressiv davranışlarına da nəzər yetirmişəm.
- İş prinsipiniz necədir?
- Biz pasientlərlə söhbət aparırıq ilk növbədə hərkəsin öz fərdi xüsusiyyətlərinə və problemə uyğun olaraq hansı metodika ilə çalışımaq lazımdısa onu müəyyən edirik.Yəni,Gedişata baxırıq. Lazım olarsa, başqa prosedurlar da icra edirik.Ümummiyyətlə,insan psixologiyası mürəkkəb fenomendir.Ona görə hər kəsə eyni yanaşmaq və ya insanlarla işləyəndə eyni üsulları tətbiq etmək mümkün deyil.Problemi olan şəxslərin düzəlmək üçün ilk addımı elə psixoloqa gəlmək istəyindən başlayır.
- Xarakter olaraq necə birisiniz?
- Deyərdim ki,nə sakit,nə səs-küylü deyiləm. Yerinə görə dəyişir. Yeri gəldikdə sözümü deməyi bacarıram. Ümumiyyətlə, çalışıram ki, işimi şəxsi həyatıma qatmayım.
- Oxuculara nə məsləhət görürsünüz?
- Hər bir insan özünün hansı yolda olmaq istədiyini bilməlidir.Məqsədini dəqiqləşdirmək üçün özlərinə bir yox, bir neçə dəfə sual versinlər və ən doğru cavabı tapacaqlar. Hər şeyin əvvəlində səbrlə,iradə ilə hərəkət etmək dayanır.Gec və ya tez ürəkdən istədiklərimiz həyata keçir.Yolumuzdan dönməyək.
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, öz sahəmdə bu qədər irəli gedərəm.
Əlaqə nömrəsi: (055) 692 03 20