Doktorant, psixo-pedaqoq Aidə Əliyeva: "Ağlıma gəlməzdi insanlar mənə bir "ümid yeri" kimi baxacaqlar"
- Aidə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Müəllimə olmaq mənim uşaqlıq arzum olub. Yaxşı yadımdadır, beş yaşım olanda anam məni baxçaya apardı. Ora getmək istəmirdim. Amma getdikdən sonra müəllimələrin davranışını mənə çox xoş gəldi və qərara gəldim ki, müəlimə olacağam. Nə yaxşı ki, bu peşəni seçmişəm. İşimi çox sevirəm
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 18 ki, bu sahədə fəaliyyət göstərirəm.
- Təhsilinizi yalnız Azərbaycanda almısınız, yoxsa..?
- Bakalavr təhsilmi Azərbaycanda, magistr təhsilimi isə Türkiyədə almışam. Hal-hazırd elmi işimi müdafiə etməyə hazırlaşıram. Hədəfim elmlər namizədi olmaqdır.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən hal-haırda həm pedaqoq, həm də psixopedaqoq kimi fəaliyyət göstərirəm.
- Hansı yaş qrupuna aid uşaqlarla çalışırsınız?
- Mən 18 yaşa qədər olan uşaqlarla çalışıram. Hal-hazırda daha çox pisixi və əqli geriliyi olan, autizim və daun sindromundan əziyyət çəkən uşaqlarla çalışıram.
- Son zamanlarda bu sahədə sizi narahat edən nədir?
- Məni narahat edən autizm və daun sindiromunun dünyada, eləcə də Azırbaycanda geniş yayılmasıdır.
- Bir mütəxəssis olaraq nəyə “yox” deyirsiniz?
- Bəzi əqli geriliyi olan uşaqların valideynlərinin məsuliyyətsiz və diqqətsiz davranışlarına qəti surətdə “yox” deyirəm. Bu xəstəlikdən əziyyət çəkən uşaqları özlərinin “dar dünya” sı olur. Onları həmin “dar dünya”dan çəkib çıxartmaq lazımdır.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün ən əsası işimdə dürüt və vicdanlı olmaqdır.
- Xarakter olaraq necə birisiniz?
- Mən çox pirinsipial bir insanam. Qarşıma qoyduğum məqsədlərə çatmaq üçün əlimdən gələni edəcək biriyəm.
- Ailəlisinizmi?
- Xeyr, ailəli deyiləm.
- Valideynlərə nə məsləhət görürsünüz?
- Autizim və daun sindromundan əziyyət çəkən uşaqların valideynlərinə məsləhət görürəm ki, həmin uşaqlara qarşı sbərli və inamlı davransınlar. Ümumiyyətlə, valideynlərə məsləhətim budur ki, öz uşaqları öz istəklərinə yox, onların istələrinə uyğun idarə etsinlər və hər bir uşağa cəmiyyətin bir fərdi kimi baxmağı bacarsınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, işimi bu qədər sevərəm. Ağlıma gəlməzdi ki, insanlar mənə bir “ümid yeri” kimi baxacaqlar və mənim qapımdan heç kəs ümidsiz qayıtmayacaq.
Əlaqə nömrəsi: (050) 599 50 46