Kosmetoloq Sevinc Həsənova: "Heç bir pasientə pul mənbəyi kimi baxmıram"
- Sevinc xanım, necə oldu ki, həkim oldunuz?
- Mən Rusiyada dünyaya gəlmişəm. Atam hərbçi olub. Həkimliyə marağım uşaqlıq illərimdən olub. İxtisasca stomatoloqam. 1992-ci ildən 2011-ci ilə qədər cəbhə xəttində həkim kimi xidmət etmişəm. Özüm də müharibə veteranıyam. 2011-c ildən etibarən ixtisasımı dəyişdim və kosmetologiya sahəsinə gəldim. Hal-hazırda fəaliyyətimi kosmetoloq kimi davam etdirirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 20 ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Kosmetologiyaya aid bütün prosedurları icra edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Mən dürüstlüyə çox önəm verirəm. Heç bir pasientə pul mənbəyi kimi baxmıram. Əsas iş prinsipim budur.
- Son zamanlarda xanımlar xarici görkəmcə bir-birlərinə oxşamağa başlayıblar. Bunu nə ilə əlaqələndirmək olar?
- Mən bunu yalnız dəb və mental dəyərlərlə əlaqələndirirəm. Amma mən hər zaman pasientlərə öz məsləhətlərimi verirəm.
- Xarakter olaraq necə birisiniz?
- Mən hər zaman dürüst və sözün düzünü deyən adam olmuşam. Amma, təəssüf ki, düz danışanı xoşlamırlar.
- Ailəlisinizmi?
- Xeyr, ailəli deyiləm.
- Beynəlxalq konfranslarda iştirak edirsinizmi?
- Bəli, zamanım olduqca iştirak etməyə çalışıram.
- Özünüz özünüzə hansı bir prosedur edirsinizmi?
- Bəli, edirəm. Çünki mənim simam mənim işimin canlı reklamıdır.
- Xanımlara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, özlərini sevsinlər, özlərin dəyər versinlər. Qadın müqəddəs bir varlıqdır.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bütün çətinliklərinə baxmayaraq, öz işimi bu qədər çox sevərəm. Məhz bu sevgiyə görə bütün çətinliklərə sinə gərməyi bacarmışam.
Əlaqə nömrəsi: (077) 744 60 00