Klinik(tibbi)psixoloq, həkim-psixoterapevt Sevinc Cavadi: "Ağlıma gəlməzdi ki, pasientlərimin hamısı mənə dost olar"
- Sevinc xanım, necə oldu ki, siz həkim-psixoterapevt oldunuz?
- Bu sahəyə marağım uşaqlıqdan olub. Həmişə axşamlar pəncərədən çölə baxanda digər evlərdə yanan işıqları görürdüm və mənə maraqlı gəlirdi.O evdəki insanlar xoşbəxt və ya qəmgindilər?Necə yaşayırlar?xarakterləri necədir?Bundan başqa, yolda gedəndə qarşıma çıxan insanların həmin anda nə düşündükləri maraqlı idi.Məktəbi bitirdim Azərbaycan Dövlət Tibb Universitetinə daxil oldum, sonra isəV.M.Bexterev adına Sankt Peterburq Psixonevroloji Elmi Tedqiqat İnstituna daxil oldum.O vaxtdan çalışıram.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq altı ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İlk növbədə pasientlərin güvənini qazanmaq və onları ilk senasdan məmnun etmək əsas iş prinsipimdir.
- Hansı üsullarla çalışırsınız?
- Daha çox koqnitiv davranış terapiyası,EMDR və meditasiya üsulu ilə çalışıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət olunur?
- Daha çox özgüvən əksikliyi, panik-atak, depressiya, ailə və cütlük terapiyası və s. kimi problemlərlə bağlı müraciətlər olur.
- Bu problemlərin yaranmasının səbəbi nədir?
- Daha çox ünsiyyət əksikliyi, deyərdim.Laqeyd yanaşmalar,müqayisələr və sevgisizlik.
- Xarakter olaraq necə birisiniz?
- Çox şən və pozitiv biyiriyəm. Bəzən isə tamamilə sakit oluram.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki oğlum var.
- Bir həkim-psixoterapevt olaraq nəyə “yox” deyirsiniz?
- Bəzi pasientlər psixoloq yanına gəldikdən sonra bir gün ərzində nəticə görmək və müəyyən dərman preparatlarından istifadə etmək istəyirlər.Mən bir həkim olaraq pasientlərimi bacardığım qədər dərmanlardan uzaqlaşdırıb sağlam yaşamalarına çalışıram.Bir də şiddətə “Yox” deyirəm.Amma tək insanlara deyil,bütün canlılara.
- Son zamanlarda ailədaxili münaqişələrin sayı artmaqdadır. Bunu nə ilə əlaqələndirirsiniz?
- İki nəfərin bir-birini yaxşı tanımadan ailə qurması, ünsiyyət əksikliyi və kənar şəxslərin,ailələrin müdaxiləsi ilə əlaqələndirirəm.
- Bir az da çalışdığınız mərkəz barədə danışaq...
- Mərkəzimiz yeni açılıb. "CAAS" psixologiya və psixoterapiya mərkəzi.Burada pasientlər özlərini çox rahat hiss edirlər. Onların rahatçlığı üçün hər bir şərait yaradılıb. Buna görə də mərkəzimizin rəhbəri Elnurə xanıma təşəkkür edirik.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, yaşadıqları hər andan zövq alsınlar və ətraflarını neqativ insanlardan təmizləsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu fikir özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki,pasientlərimin hamısı mənə dost olar, mənə dəyər verər.
Əlaqə nömrəsi: (050) 636 82 28